Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.06.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda borc vermək qaydası dəyişir

2016-06-24 | İqtisadiyyat | Baxılıb: 719 dəfə

Azərbaycanda vətəndaşlar, eləcə də hüquqi və fiziki şəxslər arasındakı iqtisadi münasibətlərlə bağlı mühüm dəyişiklik baş verib. Finrs.az-ın məlumatına görə, Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, borc verilməsi qaydaları dəyişdirilib.

Məcəllənin 740-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra vətəndaşlar bir-birinə 3 min manatdan artıq borc verildiyi zaman bu hal hökmən müqavilə ilə təsdiqlənməli - yəni borc müqaviləsi bağlanmalıdır. Tərəflərdən biri hüquqi şəxs olduqda isə borcun məbləğindən asılı olmayaraq bütün borc münasibətləri rəsmiləşdirilməlidir. Bu maddənin əvvəlki məzmununda borcun məbləğindən asılı olmayaraq, şifahi müqaviləyə yol verilirdi (yazılı müqavilə bağlanmadan).

Mülki Məcəlləyə dəyişiklik belədir:

"2. 740-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin: "740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.".

Əvvəlki variant belə idi: "Maddə 740. Borc müqaviləsinin forması

Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər".

Hüquqşünas Asif Abdullayev Mülki Məcəlləyə dəyişiklikləri şərh edib: "Hesab edirəm ki, borc verilən məbləğdən asılı olmayarq, borc müqaviləsinin notarial qaydada təsdiq etməklə yazılı formada bağlanılması daha məqsədəuyğundur. Belə olan halda, borc götürən şəxs borc verdiyini sübut etməkdən azad olacaq. Borc qaytarılmadığı halda, məhkəməyə sübut kimi borc müqaviləsini təqdim etmək kifayət edəcək.

Şifahi qaydada verdiyiniz borc pulu gələcəkdə məhkəmə qaydasında tələb edəcəyiniz halda, borcun həqiqətən və hansı məbləğdə verildiyini sübut etməlisiniz. Müqavilə olmadığı halda, məhkəmədə borcun verildiyini sübut etmək çətinlik yaradır. Belə ki, mövcud qanunvericiliyə əsasən, məhkəmədə borcun verilməsini sübut etmək öhdəliyi borc verən şəxsin üzərinə düşür. Şifahi qaydada verilmiş borcun sübut edilməsi isə müəyyən çətinliklər yaradır (məhkəməyə şahidlər cəlb etmək, digər sübutlarla borcun verildiyini sübut etmək).

Gələcəkdə borcun geri qaytarılmasını asanlaşdırmaq baxımından, verilən borc məbləğindən asılı olmayaraq, borc müqaviləsinin yazılı şəkildə notariusda təsdiq etdirmək daha məqsədəuyğundur.

Mülki məcəlləyə edilmiş digər dəyişikliyə əsasən, məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır".

Mənbə: http://fins.az/sosium/901952/azerbaycanda-borc-vermek-qaydasi-deyisir-muhum-yenilik.html




Son İqtisadiyyat xəbərləri

2017-05-24 | Azərbaycanda ixrac gömrük bəyannaməsi elektronlaşacaq
2017-01-21 | Minimum aylıq əməkhaqqı artırılıb
2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq
2016-12-23 | Nağdsız hesablaşmalar haqqında qanun layihəsi
2016-12-01 | Yaşayış minimumu 19 manat artırılır
2016-10-26 | Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
2016-10-02 | 2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Kəndxuda

Lotular yenə də bir gün Mollaya sataşmaq məqsədilə onun eşşəyini oğurlayırlar, sonra da özünü inandırmağa çalışırlar ki, eşşəyi filan kənddə kəndxuda olub.
Molla deyir:
- İnanıram, qardaş! Çünki mən həmişə kəndxuda adı çəkəndə çərən dəymiş qulaqlarını şəkləyərdi. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş.


Mühasib
Account Payable
Главный бухгалтер
Financial Analyst
Mühasib (Xanım)

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!