Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.05.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb

2016-07-03 | Kadr işi | Baxılıb: 682 dəfə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehsalatda baş verən bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyini açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov Trend-ə bildirib ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq, sığortalanmış işçilərə dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir: "Hamısında olmasa da, əksər müəssisələrdə buna əməl edilir və dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir. Əməl olunmadığı və müəssisə təqsirli hesab olunduğu halda isə müəssisə tərəfindən həmin dəymiş zərər, yəni kompensasiya Nazirlər Kabinetinin müvafiq qərarı ilə ödənilir".

Xidmət rəsmisi əlavə edib ki, bədbəxt hadisə nəticəsində xəsarət almış işçilərə dəymiş zərərin əvəzi onun əmək qabiliyyətini itirilməsi faizinə görə ödənilir: "Əgər işçinin maaşı 300 manatdırsa, əmək qabiliyyətinin 60-70 faizini itiribsə, o, həmin 300 manatın 70 faizi miqdarında hər ay məvacib alacaq. Ölüm hadisəsində isə ödəniş 100 faiz edilir. Sığorta şirkəti tərəfindən də müəyyən düstur mövcuddur. Bu düstura görə, işçinin ailə tərkibi də, məvacibi də hesablanır. Buna görə də ödənişin məbləği fərqli olur. Bu, işəgötürənlə sığorta şirkəti arasında bağlanmış müqavilə əsasında aparılır".

İ.Məmmədovun sözlərinə görə, işçi əmək qabiliyyətini itirdiyi və əlilllik dərəcəsi aldığı təqdirdə ödəniş edilir: "İşçi bir neçə aya sağalacaqsa, öz iş yerində işini davam etdirəcəksə, heç bir kompensasiyadan söhbət gedə bilməz. İşçi əmək qabiliyyətini itirmirsə, ona heç bir kompensasiya ödənilmir. Yalnız xəstəxanada olduğu müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə tərəfindən ona məvacib ödənilir".

"Baku Steel Company" zavodundakı partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərə kompensasiyanın verilib-verilməyəcəyinə gəldikdə, İ.Məmmədov deyib ki, bunu hələ müəyyən etmək olmaz: "Bunu yalnız həkimlər müəyyən edə bilər. Onlar həkim nəzarəti altında olacaqlar. Əgər əmək qabiliyyətini itirəcəklərsə, itirdikləri əmək qabiliyyətinə görə dəymiş zərərin əvəzi onlara ödəniləcək. Amma qayıdıb işləyəcəklərsə, onlara heç bir ödəniş olmayacaq. "Baku Steel Company" zavodunun işçilərinin əksəriyyəti sığortalanıb. Sadəcə olaraq, "Baku Steel Company"də yalnız onun özü deyil, digər müəssisələr, yəni subpodratçı təşkilatlar fəaliyyət göstərir. Ola bilər ki, onların birində sığorta olmasın. Bunu da araşdırma zamanı üzə çıxarıb müəyyən etmək olar".

Mənbə: http://az.trend.az/azerbaijan/society/2552993.html




Son Kadr işi xəbərləri

2017-05-13 | Əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir
2017-05-13 | Əmək müqaviləsinə xitam verilən işçilərə yeni hüquqlar və ayrılacaq müavinətlər müəyyənləşdirilir
2017-04-06 | Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
2017-03-01 | Azərbaycanda pensiya yaşı artırılır
2017-03-01 | Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur
2017-01-25 | Səlim Müslümov: Yaxın zamanda muzdlu işçisi olmayan fiziki şəxslər sosial sığorta üzrə hesabat verməyəcək
2017-01-25 | Əmək pensiyası üçün staj məhdudiyyəti olmayacaq
2016-12-16 | Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2016-12-16 | 2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2016-07-03 | İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Accounts Payable Accountant
Baş mühasib (İsmayıllı rayonu)
Finance Manager
Kiçik Mühasib
Baş Mühasib (Ağsu rayonu)
Baş Mühasib
Accountant (Shabran)

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!