Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının tərkibi dəyişib

2016-10-22 | Mühasibat uçotu | Baxılıb: 678 dəfə

Nazirlər Kabineti "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, dəyişiklik kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi ilə bağlıdır.

Dəyişikliyə əsasən mühasibat balansı kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibindən çıxarılıb. Bunun əvəzində kommersiya təşkilatları maliyyə vəziyyəti haqında hesabat təqdim etməlidirlər. Eyni zamanda kommersiya təşkilatları artıq mənfəət və zərər haqqında hesabat deyil, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat verməlidirlər.

Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibinə daxil olan digər 3 hesabat forması dəyişməyib və bundan sonra da qüvvədə olacaq. Bura kapitalda dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, o cümlədən əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər daxildir.

Qeyd edək ki, kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Mənbə: http://www.apa.az




Son Mühasibat uçotu xəbərləri

2017-11-10 | Noyabrın 10-u Beynəlxalq Mühasibat Günüdür
2017-11-07 | Müəssisə və təşkilatların, sahibkarların hesabat blanklarının tərtibi və tətbiqinə dəyişiklik edilib
2017-06-11 | Topdansatış ticarət və İstehsal fəaliyyəti sahəsində istifadə ediləcək ciddi hesabat blankları formaları təsdiq edildi.
2017-10-29 | ARPA və Deloitte şirkətinin təşkilatçılığı ilə "İllik Mühasiblər Forumu-2017" keçirildi.
2017-07-16 | İctimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində istifadə ediləcək ciddi hesabat blankları formaları təsdiq edildi.
2017-06-13 | Yeni Fikir 2017-nin qalibləri açıqlandı
2017-06-01 | "Qara mühasibat"lıq aradan qaldırılacaq - Böyük mübarizə başlayıb
2017-04-25 | Mühasiblərə tələb kəskin şəkildə artıb
2017-04-11 | I Milli Mühasiblər Forumu keçirilib.
2017-03-17 | Milli Mühasiblər Forumu


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Acını dadmayan şirini bilməz.

Atalar sözü


APARICI DAXİLİ AUDİTOR
Mühasib
Mühasib
Audit
Baş Mühasib
Cost Controller
Anbardar

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!