Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.10.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Mühasiblər İşçi Qrupunun ilk görüşü keçirildi

2016-11-25 | Mühasibat uçotu | Baxılıb: 465 dəfə

22 noyabr 2016-cı il tarixində ARPA Mühasiblər İşçi Qrupu (AWG: Accounting Working Group) ilk görüşünü keçirdi. ARPA-nın əsas məqsədi Azərbaycanda mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsidir.

Mühasiblər İşçi Qrupu müxtəlif sahələr üzrə fəaliyyət göstərən peşəkar mühasibləri ətrafında toplayaraq müvafiq təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar məsələlərin həlli və müzakirəsi üçün peşəkar platforma qismində çıxış edəcək.

Qrupun ilk görüşündə ARPA-nın sədri Rüfət Mahmud qonşu və dünya ölkələrin bu sahədə əldə etdiyi uğurlu təcrübəsini misal gətirərək layihə çərçivəsində Milli Peşəkar Mühasiblər Təşkilatı (PMT) kimi ölkədə mühasib peşəsinin inkişafı üçün proqressiv bir sistem yaratmaq üzrə işlərin aparıldığına diqqət çəkdi.

Daha sonra ARPA-nın İcraçı Direktoru Fərrux Əliyevin moderatorluğu ilə qrupun ilk iclası gündəliyə daxil olan məsələlərin müzakirələri ilə baş tutdu. Müzakirələr zamanı ARPA-nın üzvlük siyasəti, üstünlükləri, kateqoriya üzrə tələb və hədəf auditoriyaları kimi əsas məqamlar önə çəkildi. Həmçinin Mühasiblərin Peşəkarlıq Sertifikasiayası (MPS) və mövcud səviyyələri, sertifikasiya üzrə imtahan verənlərə qarşı olan tələb və istisnalar, xüsusilə də MPS Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosiyasiyasının (ACCA: Association of Chartered Certified Accountants) təcrübəsinə əsaslanması faktorunun mühasiblərin peşəkarlığının artırılması və karyera yüksəlişində rolu müzakirə edildi.

Qrupun üzvləri sırasında ölkədə fəaliyyət göstərən EY, PWC, Deloitte və KPMG kimi beynəlxalq maliyyə, audit və məsləhətçi şirkətlərinin, həmçinin Təhsil Nazirliyi, SOCAR və Azərfon MMC kimi dövlət və yerli özəl sektorlarının nümayəndələri yer alıb.

Mənbə: http://www.arpa.org.az/




Son Mühasibat uçotu xəbərləri

2017-07-16 | İctimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində istifadə ediləcək ciddi hesabat blankları formaları təsdiq edildi.
2017-06-13 | Yeni Fikir 2017-nin qalibləri açıqlandı
2017-06-01 | "Qara mühasibat"lıq aradan qaldırılacaq - Böyük mübarizə başlayıb
2017-04-25 | Mühasiblərə tələb kəskin şəkildə artıb
2017-04-11 | I Milli Mühasiblər Forumu keçirilib.
2017-03-17 | Milli Mühasiblər Forumu
2017-03-02 | Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları təsdiq edilib.
2017-02-03 | Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib
2016-01-17 | Maliyyə Nazirliyi və ARPA arasında Anlaşma Memorandumu imzalandı
2016-12-05 | Maliyyə hesabatlılığına görə məsuliyyəti idarə heyəti daşımalıdır.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
ABBASINI ÖZÜN AL

Birisi keçəlin boynuna bir sillə vurmuşdu. Keçəl qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra keçələ dedi:
- Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
Bu söz keçəlin xoşuna gəlmədi. Dikəldi və qazının boynuna bir sillə vurub dedi:
- Mən tələsirəm, abbasını ondan özün al!


Kiçik Auditor
Mühasib
Mühasib
Vergi uçotu üzrə Böyük Mühasib
Baş Xəzinədar
Maliyyə Meneceri
Maliyyə Meneceri

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!