Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 30.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Haqsız müqavilə şərtlərindən necə qorunmaq olar?

2014-08-29 | Hüquq | Baxılıb: 326 dəfə

Gündəlik həyatımızda bir çox məsələlərlə bağlı müqavilələr bağlayırıq. Bu müqavilələr bəzən bizə müxtəlif problemlər yarada bilir.

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov mətbuata açıqlamasında belə hallardan qorunmaq üçün bir sıra dəyərli məsləhətlər verib. Hüquqşünas bildirir ki, müqavilə azadlığı prinsipi müqavilə bağlamaq və ya bağlamamaq azadlığı ilə yanaşı şəxslərin müqavilənin şərtlərini müstəqil şəkildə müəyyənləşdirməkdəki sərbəstliyini də ehtiva edir. Müqavilə azadlığı mütləq azadlıq deyil və qanunla müəyyənləşdirilmiş qaydada məhdudlaşdırılması mümkündür. Ümumi sözlərlə desək, belə məhdudiyyətlər tərəflərin kifayət qədər məlumatlı olmamaları və ya tərəfin öz maraqlarının təmini üçün yetərli müzakirə gücünün olmaması ilə bağlı olur.

Vəkil vurğulayıb ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi müəyyən hallarda məhkəmənin haqsız müqavilə şərtlərinə müdaxilə etməyə imkan verir. İstehlakçılarla bağlanan müqavilələrdə onların haqsız müqavilə şərtlərinə qarşı qorunması mühüm əhəmiyyət kəsb edir. Çünki istehlakçının yalnız satılan malın, təqdim edilən xidmətin (işlərin) xüsusiyyətləri baxımından (məsəslən, malın lazımı keyfiyyətdə olması, təhlükəsiz olması və s.) müdafiəsi kifayət deyil. İstehlakçı həm də mal və xidmətləri (işləri) əldə etmə şərtlərini müəyyənləşdirən, tərəflərin hüquq və öhdəliklərini nizama salan müqavilə mətnlərinə qarşı da qorunmalıdır. Təklif etdiyi müqaviləni əvvəlcədən hazırlayan və istehlakçıya müzakirə şansı və imkanı vermədən imzalatdıran satıcı (icraçı) bununla da həmin müqaviləyə tamamilə özünü xeyrinə olan şərtləri daxil edəcəkdir. Nəticədə istehlakçılar qanunla onlara verilmiş hüquqlardan müqavilə bağlamaqla könüllü şəkildə imtina etmiş kimi qəbul olunacaq və öz hüquqlarını həyata keçirə bilməyəcəklər.

"Digər tərəfdən, istehlakçıların təşkilatlanmış istehsalçıların, satıcların və ya kredit təşkilatlarının qarşısında istər iqtisadi, istər savad, istərsə də, müzakirə gücü baxımından zəif olması faktı da nəzərdən qaçırılmamlıdır. Başqa sözlə, əksər hallarda istehlakçının təklif edilmiş müqaviləni oxumağa vaxtı belə olmur; hətta vaxtı olsa və oxusa belə, istehlakçı böyük ehtimalla həmin müqavilə şərtlərini başa düşməyəcəkdir. İstehlakçı müqavilənin şərtlərini başa düşsə belə, həmin şərtlərə qarşı etirazını ifadə edə bilmir, çünki əks halda, təklif edilən maldan (xidmətdən, işdən) faydalana bilmir. İstehlakçının başqa satıcının yanına getsə də, eynilə belə şəraitlə qarşılaşacağı aydındır."- deyə D.Novruzov bildirib.

Hüquqşünas bildirir ki, AR Mülki Məcəlləsində haqsız müqavilə şərtinin anlayışı verilməmişdir. AR MM-in 417-420-ci maddələri haqsız şərti təklif etmiş tərəfin dəfələrlə istifadə üçün əvvəlcədən birtərəfli qaydada müəyyənləşdirdiyi və müqaviləyə daxil etdiyi, lakin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi - istehlakçı üçün zərərli olan şərt kimi xarakterizə edir. AR MM-də haqsız müqavilə şərtlərinin qəti olmayan siyahısı verilmişdir ki, bu da, haqsız müqavilə şərtləri ilə bağlı hər hansı mübahisəyə baxan məhkəməyə müəyyən qədər kömək edəcəkdir.

Vəkil D.Novruzovun sözlərinə AR MM istehlakçıların haqsız müqavilə şərtlərinə qarşı qorunmasında mərhələli yoxlama (nəzarət) mexanizmi müəyyənləşdirmişdir. Belə ki, ilkin olaraq müqavilə tərəflərinin haqsız olması iddia edilən şərti bilavasitə müzakirə edib-etməməsi, sonra həmin şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilməməsi, daha sonra sözügedən şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmaması araşdırılmalıdır. Aparılmış araşdırmanın nəticəsində müqavilə şərtinin haqsız şərt olmasına qərar verildikdə, AR MM-in etibarsız əqdlərin nəticələri ilə bağlı müvafiq müddəaları tətbiq edilir.

"Sonda təəssüf hissi ilə qeyd emək lazımdır ki, ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi lazımı səviyyədə deyil. Bu sferada məhkəmə təcrübəsinə demək olar ki, rast gəlinməməkdədir. Bunun iki əsas səbəbi vardır. Birincisi, istehlakçıların bilik səviyyəsi müqavilədəki şərtin haqsız şərt olmasını əsaslandırmaq üçün yetərli deyil. İkincisi, məhkəmələrimizin müqavilədən (məsələn, bank və istehlakçı arasındakı kredit müqaviləsi və s.) irəli gələn mübahisələrdəki mövqeyi əksər hallarda "müqavilə müqavilədir, şərtlərinə əməl edilməlidir" kimi olur. Başqa sözlə, bu növ mübahisələrin özü belə məhkəmələrimiz üçün kifayət qədər yenidir" -deyə vəkil bildirib.

Mənbə: http://www.marja.az




Son Hüquq xəbərləri

2017-02-20 | Azərbaycanda şirkətlərin nizamnamə kapitalına tələb artılacaq
2015-11-30 | Əmək məzuniyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin işəgötürənlərə müraciəti
2015-05-19 | Şirkət rəhbərlərinə müqavilə məhdudiyyəti
2015-01-17 | Prezident müəllimlərin maaşını artırdı
2014-08-29 | Haqsız müqavilə şərtlərindən necə qorunmaq olar?
2014-01-02 | Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi sahəsində qanunvericilik təkmilləşdirilir
2013-11-26 | Azərbaycanda hüquqi şəxslərin könüllü ləğvi tətbiq edilib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!