Hamiləliyə və doğuma görə müavinətin hesablanması kalkulyatoru




Hesablamanın alqoritmi

Hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc hesablanmalıdır.

Bunun üçün işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölmək lazımdır. Son 12 tam təqvim ayı ərzində iş günlərinin sayını hesablamaq üçün "İstehsalat təqvimindən" istifadə olunur.

Bir iş gününə düşən orta gündəlik qazanc = son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazanc / son 12 tam təqvim ayı ərzində iş günlərinin sayı

Bundan sonra istehsalat təqvimindən istifadə edərək, analıq məzuniyyəti dövründə iş günlərinin sayı hesablanır.

İşçiyə hamiləliyə və doğuma görə hesablanan müavinət = Bir iş gününə düşən orta gündəlik qazanc * analıq məzuniyyəti dövründə iş günlərinin sayı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!