e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikintidə 1185 nəfərin müqavilə olmadan işə cəlb edildiyi - AŞKAR EDİLİB

2019-10-15 | Kadr işi | 2811

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən monitorinqlərin sayı açıqlanıb.

FED.az-ın məlumatına görə, qurumun səyyar monitorinqlərinin 2 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında Mərkəzin müdir müavini Murad Fətullayev deyib ki, indiyədək 158 monitorinq həyata keçirilib:

"Monitorinqdə ümumilikdə 6120 nəfər yoxlanılıb. Bu şəxslərdən 1185 nəfərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Monitorinq edilmiş işəgötürənlərin sayı 300 olub. Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,4 faiz təşkil edib''.

Mənbə: https://www.fed.az/az/insaat-ve-emlak/tikintide-1185-neferin-emek-ve-ya-xidmeti-muqavile-olmadan-ise-celb-edildiyi-askar-edilib-65162


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.