e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Artıq ƏDV-nin bir hissəsinin qayıtması mümkündür

2020-03-28 | Vergilər | 3218

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmini şərh edərək bildirib ki, yeni qaydalara görə:

  • ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçir. Qeydiyyat zamanı istehlakçı üçün elektron kabinet yaradılır;
  • istehlakçının mobil telefonuna və ya elektron poçt ünvanına qeydiyyatın təsdiqi barədə məlumat göndərilir;
  • alış-veriş, qida və s. xidmət zamanı əldə etdiyiniz çekin məlumatlarını online yerləşdirilir;
  • sonda hesablanmış məbləğ istehlakçının bank kartına köçürülür.

Qeyd edək ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7814.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.