e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məzuniyyət haqqı hesablanarkən hansı gəlirlər nəzərə alınmır?

2021-01-23 | Kadr işi | 5841

Əmək məzuniyyətinin hesablanması üçün istifadə olunan orta aylıq əməkhaqqı üzrə nəzərə alınan və alınmayan ödənişlər mövcuddur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarında məzuniyyət vaxtı üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı verilib. Aktual hallar üzrə nəzərə alınan və alınmayan ödənişləri misal üzərində nəzərdən keçirək.

Tutaq ki, "A" MMC-nin işçisinin əvvəlki 12 ayda qazancı aşağıdakı gəlirlərdən formalaşıb. Məzuniyyət haqqının hesablanması zamanı bu gəlirlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş siyahıya əsasən:

1) İşçinin əməkhaqqı 3.000 manat olub – nəzərə alınır;

2) İşçiyə son iki ayda işdəki müsbət göstəricilərinə əsasən, 400 manat mükafat hesablanıb - nəzərə alınır;

3) İşçiyə ad günü münasibətilə 100 manat mükafat hesablanıb - nəzərə alınmır;

4) Əlavə iş saatına görə 250 manat əməkhaqqı hesablanıb - nəzərə alınır;

5) Əmək qabiliyyətini müvəqqəti itirməyə görə işəgötürən və DSMF tərəfindən 220 manat müavinət hesablanıb - nəzərə alınır;

6) İşçiyə hamiləliyə və doğuma görə 800 manat müavinət hesablanıb - nəzərə alınır;

7) İstifadə edilməmiş əmək məzuniyyətinə görə 450 manat kompensasiya hesablanıb - nəzərə alınmır;

8) 180 manat maddi yardım hesablanıb - nəzərə alınmır;

9) Peşə bayramı münasibətilə 100 manat mükafat hesablanıb - nəzərə alınmır;

10) İşçiyə 300 manat kirayə xərci hesablanıb - nəzərə alınmır;

11) İşçiyə 250 manat ezamiyyə xərci hesablanıb -nəzərə alınmır;

12) İstirahət günü işə çıxmağa görə 80 manat hesablanıb - nəzərə alınır;

13) Müvəqqəti əvəz etməyə görə 120 manat hesablanıb - nəzərə alınır;

14) Fəxri ada görə 75 manat hesablanıb - nəzərə alınır;

15) Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə 1.200 manat hesablanıb - nəzərə alınmır;

16) İşçiyə 180 manat məzuniyyət haqqı hesablanıb - nəzərə alınır.

Hazırladı:

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/economy/10491.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.