e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir.

2019-02-07 | Mühasibat uçotu | 250

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı, Sumqayıt və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq seçim turlarının keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, növbəti seçim turu 5 fevral 2019-cu il tarixində Azərbaycan Universitetinin tələbələri ilə keçirilmişdir. Nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, seçim turları Sumqayıt və Gəncə şəhərləri daxil olmaqla daha 4 ali təhsil müəssisəsində keçiriləcəkdir. Yekun olaraq Olimpiadanın Bakı Konqres Mərkəzində seçim turlarında qalib gələn gənclər arasında keçirilməsi planlaşdırılır.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.