e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nazir Sahil Babayev: Sosial müavinətlər artırılacaq

2019-02-15 | Kadr işi | 2743

"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var. “Bu gün 80-ə qədər müavinət növü var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq".

Nazir vurğulayıb ki, müavinət alanlar 500 min nəfərdir: "Tələsik qərar da vermək olmaz, çünki bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırıq. Asiya Bankının, Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.

Qeyd edək ki, hal-hazırda sosial müavinətlərin məbləği aşağıdakı qanunvericilik aktı ilə müəyyən edilir:

Sosial müavinətlərin məbləğinin artırılması haqqında AR Prezidentinin Fərmanı

Mənbə: https://report.az/sosial-mudafie/nazir-sahil-babayev-sosial-muavinetler-artirilacaq/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.