e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nazirlik rəsmisi: "Azərbaycan vergiödəyicilərin elektron qeydiyyatına görə etalon qanunvericiliyə 96% yaxınlaşıb"

2019-04-05 | Hüquq | 2658

"Hüquqi şəxslərin qeydiyyatının elektronlaşdırılması nəticəsində cəmi 4 prosedura elektron qeydiyyat mümkündür".

Report xəbər verir ki, Bakıda keçirilən "Dövlət-Biznes Dialoqu Platforması və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Portalının təqdimatı” mərasimində çıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyevin sözlərinə görə, hüquqi şəxs bu qeydiyyata cəmi 2,5 gün sərf edir: "Ötən ilin statistikasına fikir versək görərik ki, elektron qeydiyyat ümumi qeydiyyatın 70%-ni təşkil edib. "Doing Business 2019" hesabatına görə isə, bu etalon qanunvericiliyə 96% yaxınlaşma deməkdir".

Nazir müavini əlavə edib ki, fiziki şəxslərin qeydiyyatı isə tamamilə sadələşdirilərək heç bir xərcsiz və 1 günün içində mümkündür. Bu həmçinin əmək müqavilələrinin də qeydiyyatına da aiddir.

Mənbə: https://report.az/biznes/oten-il-elektron-qeydiyyat-umumi-qeydiyyatin-70-ni-teskil-edib/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.