e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Offşor zonalarda aparılan əməliyyatlar üzrə vergitutma

2019-04-24 | Vergilər | 2693

Vergi Məcəlləsində 1 yanvar 2017-ci ildən aparılmış dəyişikliyə əsasən, güzəştli vergi tutulan ölkələrə və ərazilərə (offşor zonalara) aparılan ödəmələrdən 10 faiz dərəcə ilə vergi tutulur. Dəyişikliyin tətbiq olunduğu zaman ərzində offşor zonalarla vergilərin hesablanmasını nəzərdə tutan əməliyyatların əhatə dairəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, offşor zonalarla aparılan əməliyyatlar zamanı vergilərin hesablanmasını nəzərdə tutan əməliyyatların dairəsinin dəqiqləşdirilməsi vergi ödəyicilərinin offşor zonalarda qeydiyyatdan keçməyən qeyri-rezidentlərlə müqavilə bağlayaraq pul vəsaitlərini həmin şəxslərin offşor zonalarda yerləşən banklarında açılmış hesablarına köçürməklə vergidən yayınmasının qarşısını alacaq.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/1888.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.