e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Xaricdə sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan vətəndaşları sosial sığorta haqqı ödəməlidirlər

2019-04-28 | Vergilər | 238

2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən nəzarət tədbirləri zamanı sosial sığorta haqlarının hesablanmasında vacib məqamlar açıqlanıb.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, qanunvericilikdə xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi nəzərdə tutulmur. Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycanda ümumi qaydada "Sosial sığorta haqqında" Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Ancaq bu müddəa 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Buna qədər isə "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə" 2018-ci il 30 noyabr tarixli qanunun keçid müddəalarına əsasən, həmin şəxslərin məcburi sosial sığorta ödənişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üçün müəyyən edilmiş dərəcələrə uyğun hesablanır.

Mənbə: https://vergiler.az/news/economy/1951.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.