e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi Ombudsmanı İnstitutu vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək

2019-05-03 | Vergilər | 2358

Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı İnstitutu yaradılıb. Bu barədə mayın 3-də Vergilər Nazirliyində keçirilən brifinqdə vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib. Bildirib ki, institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.

Qeyd olunub ki, vergilər nazirinin əmri ilə nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.

Mənbə: https://vergiler.az/news/taxes/2053.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.