e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələrdə dəyişiklik

2019-06-18 | Mühasibat uçotu | 3673

AR İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsində "Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması"-na görə cərimələrdə dəyişiklik edilib. AR Prezidenti bu dəyişiklikləri 14.06.2019 tarixli Fərmanı ilə təsdiqləyib.

Aşağıda AR İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi köhnə və yeni redaksiyada verilir.

Köhnə redaksiya Yeni redaksiya
Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə -[246]

vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -

vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

462.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə -

vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

462.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə -

vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.”.

Qeyd* Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

Mənbə: https://president.az/articles/33561


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.