e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Güzəştli vergi tutulan ölkələrin yeni siyahısı təsdiqləndi

2019-06-18 | Vergilər | 3441

Prezident İlham Əliyev güzəştli vergi tutulan ölkələrin və ərazilərin yeni siyahısını təsdiqləyib.

Dövlət başçısının fərmanında Nazirlər Kabinetinə və Ədliyyə nazirliyinə tapşırılır ki, ölkə qanunvericiliyinin müvafiq hissəsini bu fərmana uyğunlaşdırsın.

Fərmana əsasən, həmin ölkələrin sayı 40-dan 37-ə endirilib. Antil Adaları (Niderland), Bəhreyn, Kosta-Rika, Qernsi, Men Adaları, Makao (Çin), Nauru, Seyşel Adaları bu siyahıdan çıxarılıb. Yeni siyahıya Fici, Kabo Verde, Tailand, Tayvan (ÇXR), Trinidad və Tobaqo əlavə edilib.

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin yeni siyahısı belədir:

  1. Andorra
  2. Anqila
  3. Antiqua və Barbuda
  4. Aruba
  5. Baham adaları
  6. Barbados
  7. Beliz
  8. Bermud
  9. Britaniya Vircin adaları
  10. Cersi
  11. Cəbəlüttariq
  12. Dominika
  13. Fici
  14. Honq-Konq (ÇXR)
  15. Kabo Verde
  16. Kayman adaları
  17. Kuk adaları
  18. Qrenada
  19. Liberiya
  20. Lixtenşteyn
  21. Maldiv adaları
  22. Marşal adaları
  23. Monako
  24. Montserrat
  25. Niue
  26. Palau
  27. Panama
  28. Samoa
  29. Sent Lusiya
  30. Sent Vinsent və Qrenadin
  31. Sent-Kits və Nevis
  32. Tailand
  33. Tayvan (ÇXR)
  34. Törks və Kaykos adaları
  35. Trinidad və Tobaqo
  36. Vanuatu
  37. Vircin adaları (ABŞ)

Mənbə: https://www.fed.az/az/news/68533/azerbaycan-ucun-guzestli-vergi-tutulan-olke-ve-erazilerin-yeni-siyahisi


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.