e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda turizm sektoruna vergi güzəştləri edilə bilər

2019-06-27 | Vergilər | 158

"Azərbaycanda turizm sənayesinin formalaşdırılması, ona dəstəyin göstərilməsi ilə bağlı sinifləşdirilmiş təkliflər Vergilər Nazirliyinə təqdim olunub”.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

"Təkliflərdə turizm şirkətlərinin və otellərin həm vergilərdən azad olunması, bəzi hallarda subsidiyalara cəlb olunması məsələləri öz əksini tapıb. Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür. Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlər üzərində həssaslıqla işləyirlər. Yəni, hansı məsələlər ümumi dövlət prinsiplərinə uyğun gəlir, hansılar yox?. Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümü vergilərin tətbiq edilməsi kimi məsələlər var. Vergilər Nazirliyi ilə danışıqlar aparılır və ilin sonuna qədər məsələlər həllini tapacaq".

Mənbə: https://report.az/turizm/azerbaycan-turizmin-inkisafi-ile-bagli-teklifler-vergiler-nazirliyine-teqdim-olunub/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.