e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər Nazirliyi tərəfindən daha bir elektron resurs istifadəyə verilib

2019-07-11 | Vergilər | 3202

Nazirliyin rəsmi internet səhifəsində elektron kassaların istifadəsi ilə bağlı yeni bölmə yaradılıb. "E-kassa tətbiqi" adlanan bölmədən e-kassa operatorları üçün portala daxil olmaq mümkündür. Elektron kassa aparatlarının əldə olunması və istifadəsinə dair bütün məlumatlar e-kassa.gov.az sahifəsində yerləşdirilib.

E-kassa səhifəsindəki ilk bölmə bu sahə ilə bağlı qanunvericilik bazasıdır. Burada kassaların tətbiqi ilə bağlı qanun və qərarlar yer alıb. E-kassa haqqında bölmədə isə ümumi məlumatlarla yanaşı, onların növləri, tərkibi, istifadə xüsusiyyətləri və üstünlükləri barədə ətraflı informasiya təqdim olunub.

İstifadəçilər üçün nəzərdə tutulan bölmədə e-kassanın əldə edilməsi qaydaları, istismarı və əvəzləşdirilməsi şərtləri, eləcə də operatorlara texniki dəstək üsulları yer alıb. Səhifədə e-kassaların reyestri və modernləşdirilə bilən kassaların siyahısı üçün ayrıca bölmə yaradılıb. Digər bölmədə isə e-kassa operatorlarına dair tələblər, onların hüquq və vəzifələri verilib. Saytda e-kassalarla bağlı suallara cavab almaq mümkündür.

Daha ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz:

https://e-kassa.gov.az/

Mənbə: https://vergiler.az/news/taxes/2945.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.