Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Gəlir. IAS 18


Başlıq Mövzu
Məqsəd "Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi konsepsiyasında" gəlir yalnız müəssisənin hesabına daxil olmuş və ya daxil olacaq iqtisadi səmərənin ümumi mədaxilini özündə əks etdirir. Üçüncü tərəfin adından yığılan vəsaitlər (məsələn: ƏDV; agent müqaviləsi çərçivəsində, prinsipial üçün alınan məbləğlər) müəssisəyə daxil olan iqtisadi səmərə hesab edilmir və müəssisənin kapitalının artması ilə nəticələnmir. Ona görə onlar gəlirdən çıxılır.

Bu standartın məqsədi müəssisənin əməliyyatlarından yaranan gəlirini müəyyən qaydada tanımaqdır.

Gəlirin tanınması zamanı ən mühüm məsələ gəlirin tanınma vaxtıdır. Gəlir o zaman tanınır ki, gələcək iqtisadi səmərə müəsisəyə daxil olacağı ehtimal olunur və bu səmərənin dəyərini etibarlı səviyyədə qiymətləndirmək mümkündür.

Tətbiq sahəsi Bu Standart aşağıdakı əməliyyatlar və hadisələr nəticəsində yaranan gəlirlərə tətbiq edilir:
  • malların satışı;
  • xidmətlərin göstərilməsi;
  • faiz, royalti və dividentlər gətirən müəssisənin aktivlərinin digər şəxslər tərəfindən istifadə edilməsi;
Əsas anlayışlar

Gəlir - müəyyən dövr ərzində müəssisənin adi fəaliyyəti nəticəsində, ümumi mədaxil olunmuş iqtisadi səmərədir. Bu ümumi mədaxil olunmuş səmərə kapital artmasına gətirir, kapital iştirakçıları (aksionerlərin, investorların və s.) tərəfindən verilən vəsaitlər isə iqtisadi səmərə (gəlir) hesab edilmir.

Ədalətli dəyər – müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatın həyata keçirilməsində maraqlı olan tərəflər arasında əməliyyatın icrası zamanı aktivin mübadilə edilməsi və ya öhdəliyin yerinə yetirilməsi mümkün olan məbləğdir.

Gəlirin qiymətləndirilməsi

Gəlir - əvəzində alınan və ya alınmalı olan ödənişin ədalətli dəyəri ilə qiymətləndirilməlidir. Hər-hansı endirimlər nəzərə alınmaqla.

Ödəniş təxirə salındıqda, ödənişin ədalətli dəyəri ilə nominal dəyəri arasındakı fərq faiz gəliri kimi tanınır.

Malların və ya xidmətlərin mübadiləsi edildikdə, gəlir yalnız o zaman yarana bilər ki, mübadilə edilən mallar və ya xidmətlər oxşar olmasın.

Misal

Əməliyyatın müəyyən edilməsi
  • Əgər satış müqaviləsinə görə, satılmış malların satışdan sonra texniki xidmət göstərilməsi nəzərdə tutulubsa, o zaman texniki xidmətdən gələn gəlir, xidmət göstərildikcə tanınır.

    Misal

  • Müəssisə malları satdıqda və eyni zamanda, bu əməliyyatın mahiyyətini ləğv edən həmin malların gələcəkdə geri alınması üzrə müqavilə bağladıqda, gəlirin tanınma meyarları həmin əməliyyatlara birlikdə tətbiq edilməlidir.
Malların satışı

Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

  • müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə;
  • müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
  • gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
  • əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  • əməliyyat ilə bağlı keçmiş və gələcək xərcləri etibarlı əsasda qiymətləndirmək mümkün olduqda.
Əksər hallarda mülkiyyət hüququnun alıcıya keçirilməsi ilə bərabər, risklərin və mükafatların da keçirilməsi baş verir.

Müəssisə mülkiyyət hüququ ilə bağlı risklərin əhəmiyyətli dərəcəsini öz ixtiyarında saxladıqda, həmin əməliyyat satış əməliyyatı hesab edilmir və bu əməliyatdan yaranan daxilolmalar gəlir kimi tanınmır. Bu hallar aşağıda göstərilən şərtlər əsasında yarana bilər:

  • müəssisə satılmış malların qeyri-qənaətbəxş istismar qabiliyyətinə görə məsuliyyət daşıdıqda və bu məsuliyyət adi zəmanət öhdəliklərinə aid olmadıqda;
  • müəssisənin konkret satışdan əldə edəcəyi gəlirin alıcı tərəfindən bu malların satışından əldə edəcəyi gəlirdən asılı olduqda;
  • göndərilmiş mallar müəssisə tərəfindən quraşdırılmalı olduqda və müqavilənin əksər hissəsini təşkil edən bu quraşdırma işlərinin icrası hələ yekunlaşdırılmadıqda;
  • alıcı alqı-satqı müqaviləsində müəyyənləşdirilən səbəbdən alış əqdini ləğv etmək hüququna malik olduqda və müəssisə satılmış malların geri qaytarılması ehtimalını etibarlı səviyyədə müəyyən etmək imkanına malik olmadıqda.

Misal

Müəssisə satışdan gəliri tanıyanda, ödəmə ilə bağlı olan risklərə ümidsiz borclar üzrə xərclər kimi baxılır.

Əgər alıcıya alınan mallar üzrə zəmanət verilirsə, o zaman, zəmanət ilə bağlı məsrəflər dərhal xərclərə aid edilir. Lakin, zəmanət üzrə xərclərin qiymətləndirilməsi mümkün olmadıqda malların satışından əldə edilmiş məbləğ, zəmanət müddətinin sonuna kimi öhdəlik kimi tanınır.

Misal

Xidmətlərin göstərilməsi

Xidmətlərin göstərilməsi ilə bağlı gəlir, bu xidmətlərin hesabat tarixinə olan yekunlaşma mərhələsinə istinadən tanınmalıdır

Xidmətin yekunlaşma mərhələsi, xidmət ilə bağlı çəkilmiş və bu xidmətin yekunlaşdırılması üçün zəruri olan çəkiləcək məsrəflər etibarlı əsasla qiymətləndirilməlidir.

Xidmətin yekunlaşma mərhələsi müxtəlif metodlar əsasında müəyyənləşdirilə bilər. Müəssisə göstərilən xidmətlərin etibarlı əsasla qiymətləndirilməsini təmin edən metoddan istifadə edir.
Əməliyyatın mahiyyətindən asılı olaraq, aşağıdakı metodlardan istifadə oluna bilər:

  • yerinə yetirilmiş işlər üzrə hesabat (Akt);
  • hazırkı tarixə göstərilmiş xidmətlərin göstəriləcək ümumi xidmətərin həcminə faiz nisbəti metodu;
  • hazırkı tarixədək çəkilmiş məsrəflərin əməliyyat üzrə qiymətləndirilmiş ümumi məsrəflərə faiz nisbəti metodu.

Misal

Hazırkı tarixədək çəkilmiş məsrəflərə yalnız bu tarixə qədər göstərilmiş xidmətləri əks etdirən məsrəflər aid edilir. Əməliyyat üzrə ümumi məsrəflərə isə yalnız göstərilmiş və ya göstərilməli olan xidmətləri əks etdirən məsrəflər daxil edilir.
Sifarişçilərdən alınmış aralıq ödənişlər və avanslar, adətən göstərilmiş xidmətlərin həcmini əks etdirmir.

Xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatın nəticəsinin etibarlı əsasla qiymətləndirilməsi mümkün olmadıqda, gəlir yalnız əvəzi ödənilə bilən tаnınаn xərclərin həcminə uyğun olaraq tanınmalıdır.

Adatən, əməliyyatın yerinə yetirilməsinin ilkin mərhələlərində onun nəticəsinin etibarlı əsasda qiymətləndirilməsi mümkün deyil. Buna baxmayaraq, müəssisə tərəfindən əməliyyatın keçirildiyi zaman çəkilən məsrəflərin əvəzinin ödəniləcəyi ehtimal oluna bilər. Beləliklə, gəlir yalnız tаnınаn əvəzi ödənilə bilən xərclərin həcminə uyğun olaraq tanınır. Əməliyyatın nəticəsinin etibarlı əsasda qiymətləndirilməsinin mümkün olmaması səbəbindən hər-hansı mənfəət tanınmır.

Əməliyyatın nəticəsinin etibarlı əsasla qiymətləndirilməsi mümkün olmadıqda və çəkilən məsrəflərin gələcəkdə əvəzinin ödəniləcəyi ehtimal olunmadıqda, gəlir tanınmır, məsrəflər isə xərc kimi tanınır. Müqavilənin nəticələrini etibarlı əsasla qiymətləndirməyə mane olan qeyrimüəyyənliklər aradan qaldırıldıqda, gəlir 30-сu maddəyə əsasən deyil, 22-ci və 23-cü maddələrə uyğun olaraq tanınır.

Faiz gəliri, royalti və dividentlər Müəssisənin aktivlərinin digər şəxslər tərəfindən istifadə edilməsi aşağıdakı formalarda gəlirlərin yaranması ilə nəticələnir:
  • faiz gəliri – müəssisəyə məxsus olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsinə görə ödənişlər;
  • royalti – müəssisələrin uzunmüddətli aktivlərinin (patentlərin, ticarət nişanlarının, müəlliflik hüquqlarının, kompüter proqram təminatının və sair oxşar aktivlərinin) istifadəsinə görə ödənişlər;
  • dividentlər – müəssisənin xalis mənfəətinin səhmdarlar arasında onların müvafiq iştirak paylarına uyğun olaraq bölüşdürülmüş məbləğləri.
Faiz gəliri, royalti və dividentlər formasında yaranan gəlirin tanınması üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:
  • əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  • gəlirin məbləğini etibarlı əsasla qiymətləndirmək mümkün olduqda.
Gəlir aşağıda göstərilən əsaslarla tanınmalıdır:
  • Faiz formasında yaranan gəlir aktivin real səmərəliliyini nəzərə almaqla mütənasib qaydada tanınmalıdır.
  • Royalti formasında yaranan gəlir müvafiq müqavilənin mahiyyətinə uyğun olaraq, hesablama metodu əsasında tanınmalıdır.
  • Divident formasında yaranan gəlir səhmdarlar tərəfindən bu dividentləri almaq hüququ əldə olunduqda tanınmalıdır.
Məlumatın açıqlanması Müəssisə aşağıdakı məlumatları açıqlamalıdır:
  • gəlirin tanınması üçün qəbul edilmiş uçot siyasətini. O cümlədən, xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatların yekunlaşma mərhələsini müəyyən etmək üçün istifadə edilmiş metodlar haqqında məlumat
  • hesabat dövrü ərzində tanınmış gəlirin hər bir mühüm kateqoriyası üzrə məbləğini, o cümlədən:
    • malların satışı ;
    • xidmətlərin göstərilməsi;
    • faiz gəliri;
    • royalti;
    • dividentlər.
  • malların və ya xidmətlərin mübadiləsindən yaranan və gəlirin hər bir mühüm kateqoriyasına daxil edilmiş məbləğini;
Qüvvəyə minmə tarixi Bu Standart 1 yanvar 1995-ci il tarixindən başlayan və bundan sonrakı dövrlərdə hazırlanan maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilməlidir.
Sənədlər IAS 18 - AZ
IAS 18 - ENG
IAS 18 - RU

   Baş Səhifə
   Standartlar
   IAS 18. Gəlir
   
   
   
   


   Hikməti-nur
Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

(Quran, Hud, 84-85)


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!