Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.05.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol
   

      İstirahət - Hikməti-nur



Səltənət
Səlcuq Sultanlarından biri Mövlanaya qonaq gedərək “Səltənətlərimiz arasında nə fərq var?” -deyə soruşur. Mövlana isə bu cavabı verir:
- Sənin səltənətin gözlərini yumduqdan sonra qurtaracaq. Mənim səltənətim isə gözlərimi yumduqdan sonra başlayacaq.

* * *

Xəzinədə pul qalmazdı.
Bir nəfər İmam Əbu Yusifə bir neçə sual verir. Əbu Yusif sualların bəzilərinə “bilmirəm” deyə cavab verir. Sualların hamısına cavab ala bilməyən şəxs:
- Bilmirsən, elə isə niyə dövlət xəzinəsindən pul alırsan? - deyə etiraz edir. - İmam isə:
- Mən dövlət xəzinəsindən bildiklərim üçün pul alıram. Bilmədiklərim üçün alsa idim, dövlət xəzinəsində pul qalmazdı, - deyə cavab verir.

* * *

Söz və İş
Söhbət söz və işdən gedirdi. Ömər bin Haris dedi: “Əvvəllər iş görərdilər danışmazdılar. Sonralar həm iş görməyə, həm danışmağa başladılar. Indi isə iş görmürlər, ancaq danışırlar”.

* * *

Mərhəmət
Sokrat çox az yeyirdi. Bir gün filosoflardan biri ona: “Canlılara mərhəməti tövsiyə edən sizsiniz. Ancaq özünüzə heç mərhəmət etmirsiniz”, - dedi. Sokratın cavabı isə belə idi: “Mən yaşamaq üçün yeyirəm, siz isə yemək üçün yaşayırsınız”.

* * *

Hz. Mövlana Cəlaləddin Rumi
* Vazifesini tam yerine getirmemiş olanın vicdan yarasına ne mazaretin devası ne ilacın şifası deva getirmiş..
* Aşk altın değildir, saklanmaz. Aşıkın bütün sırları meydandadır..
* Yeşillerden, çiçeklerden meydana gelen bahçe geçici, fakat akıllardan meydana gelen gül bahçesi hep yeşil ve güzeldir..
* Nice insanlar gördüm, üzerinde elbisesi yok. Nice elbiseler gördüm, içinde insan yok.
* Aşk, davaya benzer, cefa çekmek de şahide: Şahidin yoksa davayı kazanamazsın ki..
* Sen diri oldukça ölü yıkayıcı seni yıkar mı hiç?
* İsa’nın eşeğinden şeker esirgenmez ama eşek yaratılışı bakımından otu beğenir.
* Dert, insanı yokluğa götüren rahvan attır.
* Ehil olmayanlara sabretmek ehil olanları parlatır.
* Leş, bize göre rezildir ama, domuza, köpeğe şekerdir,helvadır.
* Kuzgun, bağda kuzgunca bağırır. Ama bülbül, kuzgun bağırıyor diye güzelim sesini keser mi hiç?
* Pisler, pisliklerini yapar ama sular da temizlemeye çalışır.

* * *

“Allahim Səni zikr etmək, Sənin nemətlərinə şükr etmək və Sənə gözəl ibadət etmək üçün mənə kömək et!” (Buxari, “Peyğəmbərin əxlaqı” kitabı, 690)

* * *
“Ona çətin gəldiyi halda kəkələyərək Quranı oxuyan kəsə iki qat savab yazılır”. (Buxari, 4937)

* * *
“Müsəlmana o biri müsəlmanı qorxutmağa icazə verməyin”. (Əbu Davud, 5006)

* * *
“Yatmamışdan öncə sanki namaz üçün dəstəmaz alın, sonra sağ tərəfi üstdə yatın..” (Buxari 247)

* * *
“Bir kəs səndən nəsihət istədikdə nəsihət ver”. (Muslim, 5778)

* * *
“Kim bir müsəlmanı bir sıxıntıdan qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar”. (Buxari, 2442)

* * *
“Əxlaqsızlıq olduğu yerə yalnız xələl gətirər. Həya isə olduğu yeri yalnız bəzəyər”. (Muslim, 2594)

* * *
Peyğəmbərdən (s.a.v) “Hansı dua daha çox eşidiləndir?”- deyə soruşduqda O: “gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua”- deyə cavab vermişdir. (Nəsəi, 7246; Tabarani, 245)

* * *
“Namazı ayaq üstə qıl, bacarmırsansa oturan yerdə qıl, bacarmırsansa uzanan yerdə qıl”. (Buxari, 1117)

* * *
“Kim pis əməl edildiyini görərsə, onu əli ilə dəyişsin. Əgər bacarmazsa, dili ilə, bunu da bacarmazsa, qəlbi ilə dəyişsin. Bu isə imanın ən zəif dərəcəsidir”. (Əbu Davud, 1140)

* * *
“Möminin işinə təəccüb edirəm. Çünki işinin hamısı onun üçün xeyirlidir. Bu məziyyət (xüsusiyyət) yalnız möminə məxsusdur. Çünki sevinərsə şükür edər, bu onun üçün xeyirlidir, başına bir bəla gələrsə səbir edər, bu da onun üçün xeyirlidir”. (Muslim, 2999)

* * *
“(İnsanlar) üç kişi olduqları zaman, (onlardan) ikisi öz aralarında pıçıldaşıb üçüncüsünü kənarda qoymasınlar”. (Buxari, “Peyğəmbərin əxlaqı” kitabı, 1168)

* * *
“Təmizlik imanın yarısıdır”. (Muslim,223; Əhməd, 22953)

* * *
“Qədəri yalnız dua dəyişir”. (İnb Məca, 90)

* * *
“Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; davamlı sədəqə, yaxud fayda verən elm və ya onun üçün dua edən əməlisaleh övlad”. (Buxari, “Peyğəmbərin əxlaqı” kitabı, 38)

* * *
Peyğəmbərimizdən (s.a.v) “İnsanları ən çox Cənnətə salan nədir? ”- deyə soruşulduqda O: “Allahdan qorxmaq və gözəl əxlaqlı olmaq”- dedi. (Buxari, “Peyğəmbərin əxlaqı” kitabı, 294)

* * *
“Ey Muhəmməd, necə istəyirsən yaşa onsuz da öləcəksən, kimi istəyirsən sev onsuz da ondan ayrılacaqsan, nə istəyirsən et onsuz da onun əvəzini alacaqsan”. (Hakim 7921; Beyhaqqi 2979)

* * *
“Mənim hovuzumun sahəsi bir ay gedilən yol qədər, suyunun rəngi süddən ağ, qoxusu müşkdən daha gözəl və ətrafına düzülmüş bardaqlar göydəki ulduzlar qədərdir. Ondan bircə dəfə içən kimsə heç vaxt susamaz”. (Buxari, 6579)

* * *
“Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, səcdədə duanı çoxaldın”. (Muslim, 482; Əbu Davud, 875)

* * *
“Müsəlman kişinin gözəlliyi ona aid olmayan şeylərə baş qoşmamasındadır”. (Muslim, 1599; Tirmizi 2318)

* * *
“Sizlərdən biriniz tələsməyib”dua elədim, qəbul olmadı” deməzsə duası qəbul olar”. (Buxari, 6340)

* * *
“Yaxşı dostla pis dostun məsəli, ətir satanla, körük vuranın məsəəlinə bənzəyir. Ətir satanın yanında olsan, ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan. Amma körük vuranın yanında olsan, paltarlarını yandırmasa da tüstüsündən əziyyət çəkəcəksən”. (Buxari, 5534; Muslim, 2628; Əhməd, 19163)

* * *
“Yer üzünün ən xeyirli suyu Zəm-zəm suyudur. Zəm-zəm suyunda tam bir qida və xəstəlikdən şəfa var”. (Tabarani, 11004: Albani hədisi səhih görmüşdür)

* * *
“Axır zaman yaxınlaşdıqda möminin gördüyü yuxular çox vaxt doğru çıxacaq. Ən doğru yuxuları ən doğru danışanlar görəcək”. (Əhməd, 7630)

* * *
“Allah yanında Allahın Üzünü diləyərək qəzəbini udan bir bəndənin savab baxımından bu davranışından daha böyük uduşu yoxdur”. (Buxari, “Peyğəmbərin əxlaqı” kitabı, 1318)

* * *
“Qüdrətli və əzəmətli Allah rəhməti yüz hissə etdi. Doxsan doqquzunu Özündə saxlayıb bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır”. (Buxari, “Peyğəmbərin əxlaqı” kitabı, 100)

* * *


   Baş Səhifə
   Yumor
   Bilirsinizmi?
   Hikməti-nur
   
   
   
   
   
   
   


   Hikməti-nur
Arxadır insana onun kamalı,
Elmdir insanın dövləti, malı

Nizami Gəncəvi


Accounts Payable Accountant
Baş mühasib (İsmayıllı rayonu)
Finance Manager
Kiçik Mühasib
Baş Mühasib (Ağsu rayonu)
Baş Mühasib
Accountant (Shabran)

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!