Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol
   

      İstirahət - Yumor




Inşallahın faydası
Molla bir gün bayramlıq almaq üçün bazara gedir. Yolda dostlarından biri qabağına çıxıb soruşur:
-Molla, hara belə?
Molla deyir:
-Bazara gedirəm.
Dostu soruşur;
-Nə var? Xeyir ola...
Molla deyir:
-Gedirəm bayram üçün yer-yemiş alam.
Dostu deyir:
-Molla, İnşaAllah de!
Molla deyir:
-Pulum cibimdə, ağlım başımda. Daha buna nə İnşaAllah?..
Bazarda Mollanın cibini kəsirlər. Bir vaxt əlini uzadır cibinə pul versin, baxır ki, bircə qara qəpik də yoxdur. Kor-peşiman qayıdır kəndə. Həmən dostu yenə qabağına çıxıb soruşur:
-Molla, aldın?
-Ala bilmədim, İnşaAllah. Cibimi kəsdilər, İnşaAllah. Səhər-səhər sənə rast gələn yerdə mənim qıçım sınaydı, İnşaAllah. Sənin də dilin quruyaydı, İnşaAllah.

* * *

Ədalətinizdən danışıram
Günlərin birində Teymur böyük bir qonaqlıq verir. Molla bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:
- Yenə, kim bilir, yalandan nə basıb-bağlayırsan?
Molla heç özünü sındırmadan baş əyib deyir:
- Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram.

* * *

Belimə bağlasınlar
Deyirlər ki, Teymur Mollanın nə dərəcədə cəsarətli olub-olmadığını yoxlamaq üçün cəlladlara əmr edir ki:
- Bu saat bunu boğazından asarsınız!
Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:
- Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa elə!
Molla deyir:
- Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.
Teymur icazə verir.
Molla deyir:
- Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.
Mollanın bu sözləri Teymuru güldürür və onu azad edir.

* * *

Molla da belə atır
Günlərin birində Teymur, Molla Nəsrəddini əsgərlərin təlim keçdikləri meydana aparır. Molla görür ki, əsgərlər ox ilə nişana atırlar. Teymur Molladan soruşur:
- Molla, heç ömründə ox atmısanmı? Molla atmamışam deməyə utanıb:
- Mən çox yaxşı nişançı idim. Indi qocalmışam, daha atmıram – deyir.
Teymur bu sözü Molladan eşitcək, əmr eləyir, ona bir ox verirlər. Molla nə qədər üzr istəyirsə, mümkün olmur. Axırda çar-naçar nişan alıb atır. Ox nişanədən bir on-on beş addim o tərəfə gedir. Molla özünü çaşdırmayıb deyir:
- Sizin sərkərdə, bax, belə atır. İkinci oxu götürüb atır. Yenə də nişanəni vura bilmir. Yenə də özünü tox tutub deyir:
- Sizin müşavir də, bax, belə atır.
Belə-belə, hər atdıqca oxun dəymədiyini görüb, hərdən başqa bir adamın belə atdığını söyləyir. Axırda oxlardan biri hədəfə dəyir. Elə ox dəycək Molla sevinclə qışqırır:
- Bax, Molla Nəsrəddin də belə atır.

* * *

Biz də kiçiyik
Teymur öz dövlət quruluşunun əsas xərclərini kəndlilərdən alırdı. Töycü töycü üstündən gəlirdi. Vergilərin haqq-hesabı yox idi. Molla Nəsrəddinin yaşadığı kəndin əhalisi də başqaları kimi soyulurdu. Axırda Molla Nəsrəddin bu zülmə tab gətirə bilməyib Teymurun yanına gəlir və onun qarşısına bir çox ağır tələblər qoyur. Teymur Mollanın bu hərəkətindən qəzəblənərək qışqırır ki:
- Sən nə cəsarətlə mənim kimi böyük bir padşahın yanında ağzına söz alıb danışırsan?
Molla heç halını pozmadan deyir:
- Qibleyi-aləm sağ olsun! Çox da böyük-böyük deyib bizə hədə-qorxu gəlmə! Sən böyüksənsə, biz də kiçiyik. Yadından çıxartma ki, kirpinin də hər tərəfi tikandır, amma balaca qarışqa onun dədəsini yandırar.
Mollanın cəsarəti Teymurun çox xoşuna gəlir.


   Baş Səhifə
   Yumor
   Bilirsinizmi?
   Hikməti-nur
   
   
   
   
   
   
   

   Maraqlı şəkillər

Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!