Baş mühasib

Şirkətin adı: Company
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 2000 AZN
Son tarix : 2019-06-10
Telefon
E-poçt: recruitment08.05.2019@gmail.com
Şirkət barədə məlumat
İş barədə məlumat • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
Tələblər • Ali iqtisadi təhsil;
• Baş mühasib kimi iş təcrübəsi - 2 ildən artıq;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.
Sair məlumat Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını recruitment08.05.2019@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!