Baş mühasib

Şirkətin adı: AZCO Engineering - Procurement & Construction Company
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 1000-1200 AZN
Son tarix : 2019-06-10
Telefon
E-poçt: azco.hr@gmail.com
Şirkət barədə məlumat
İş barədə məlumat - Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
- Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
- Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
- Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;
- Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- DSMF, vergi və s. hesabatların hazırlanması,
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq;
- Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)
- Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s;
- Müəssisənin illik xərclərinin smetasının hazırlanması və onların analizi; -Fakturaların,VHF-larnın işlənməsi Q/f və VHF-ların tərtib olunması Aylıq, rüblük hesabatların hazırlanması və göndərilməsi Vergi bəyannamələrinin tərtib olunması.
- Bank koçürmələrinin aparılması;
- Xəzinə kitabının işlənməsi
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
- Qaimələri, aktları tərtib edir
- Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir
Tələblər Təhsil – Mühasibatlığ üzrə ali təhsil
İş təcrübəsi - Minimum 7 il
Vergi Məcəlləsini mükəmməl bilməli
Kompyuter bilikləri - MS office, Word, Excel, 1C 7.7 versiyası
Dil bilikləri - Azərbaycan, ingilis dili.
Xanım namizədlərə üstünlük verilir!
Sair məlumat Maraqlananlar CV-ni mövzu yerinə Baş Mühasib qeyd edərək azco.hr@gmail.com ünvanına göndərə bilərlər.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!