Aparıcı Mühasib

Şirkətin adı: Ayan MMC
Vakansiya Aparıcı Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 700 AZN
Son tarix : 2019-06-23
Telefon 055 444 23 11, 012-342-99-36
E-poçt: info@ayan-az.com
Şirkət barədə məlumat
İş barədə məlumat 1.1 İlkin sənəd və hesabatların cavabdeh icraçı şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasının və əməliyyat sahələrinə uyğun qəbulunun nəzarətini həyata keçirtmək.
1.2 Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət.
1.3 Şirkətdaxili və xarici normativ sənədlərə əsaslanaraq proqram təminatında uçot tələbləri əsnasında əməliyyatların icrasına nəzarət.
1.4 Mal-material,Əsas vəsaitlər,Bank,Kassa,Satış,İstehsalat,İşçilərlə hesablaşmalarla bağlı əməliyyatların proqram təminatında icrasına nəzarət, onların mühasibat standartlarına uygun uçotunun həyata keçirilməsini təmin etmək.
1.5 İcra edilmiş əməliyyatların büdcə məlumatları ilə uyğunluğunun təmin edilməsi və s. məqsədlərlə əlaqədar xərc mərkəzlərinin əməliyyatlarda yoxlanışını təmin etmək.
1.6 Maliyyə hesabatlarında,uçot məlumatlarında aşkar edilmiş uyğunsuzluqları araşdırmaq,onlarla bağlı düzəlişlərin edilməsinə nəzarət etmək,ay bağlanmasını təmin etmək.
1.7 Mal və material,Hesablaşma hesabı,Xəzinə,Debitor və Kreditorlarla bağlı üzləşmə sənədlərinin yoxlanışını təmin etmək.
1.8 Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanmasını təmin etmək, mühasibat sənədlərinin saxlanılma qaydalarına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
1.9 MHBS-larına əsasən aylıq maliyyə hesabatlarının hazırlanmasını təmin etmək,bu hesabatlar əsnasında maliyyə analizlərini həyata keçirtmək.(Balans,Mənfəət və Zərər,Pul vəsaitlərinin hərəkəti,Kapitalda dəyişiklik haqda hesabatlar)
1.10 İstehsal olunmuş məhsulların maya dəyərində,sair xərclərdə baş vermiş dəyişikləri araşdırmaq,nəticələrə təsir edən faktorlarla bağlı yekun maliyyə analizini təqdim etmək.
1.11 Maliyyə və əməliyyat yoxlanışları zamanı daxili və xarici auditorlarla işləmək.
1.12 Aylıq və İllik büdcələrin hazırlanmasında uçot məlumatlarının təqdim edilməsini təmin etmək və büdcənin hazırlanmasına koməklik etmək.
1.13 Aylıq budcə göstəricilərinin uçot məlumatları əsnasında faktiki göstəricilərlə tutuşdurulması,baş vermiş dəyişiklik haqqında hesabatın hazırlanmasını təmin etmək.
1.14 MHBS-larına əsasən aylıq maliyyə hesabatlarının hazırlanmasını təmin etmək,bu hesabatlar əsnasında maliyyə analizlərini həyata keçirtmək.(Balans,Mənfəət və Zərər,Pul vəsaitlərinin hərəkəti,Kapitalda dəyişiklik haqda hesabatlar)
1.13 Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək .
• Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 6 gün, 08:00 – 17:00
Tələblər - Kişi namizədlər üstünlük verilir;
- Tələb olunan yaş həddi: 25-38;
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək);
- Göstərilən fəaliyyət sahəsində ən azı 3 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilməli;
- İFRS, ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice) üstünlük verilir;
- Beynəlxalq sertifikasiya arzuolunandır;
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə, problemləri həll etmək bacarıqlarına malik olmalı;

- Verilmiş tapşırıqları vaxtında icra etməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- Tələb olunan dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta, ingilis dili-orta.
Sair məlumat CV-lərinizi info@ayan-az.com ünvanına “Aparıcı Mühasib” başlığı ilə göndərməniz mütləqdir.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!