Baş mühasib

Şirkətin adı: MKT İstehsalat Kommersiya MMC
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Beyleqan, Sabirabad
Əmək haqqı:
Son tarix : 2019-06-30
Telefon
E-poçt: hr@mktcotton.com
Şirkət barədə məlumat MKT-İK MMC (Pambıq müəssisəsi) Beyləqan, Sabirabad rayonlarında yerləşən filialları üçün Baş Mühasib vakansiyası üzrə işçi axtarır.
İş barədə məlumat • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini və ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi və təqdim edilməsi;
• Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və mühasibatmaliyyə idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir, tabeçiliyində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edir;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu həyata keçirir. Mühasibat uçotu hesablarında onların hərəkətinin düzgünlüyünə nəzarət edir;
• Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər • Maliyyə/Mühasibat sahəsində ali təhsil;
• Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
• AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin və mühasibat hesabatlarının tərtib edilməsi qaydalarını bilmək
Sair məlumat Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Mühasib” yazmaqla müraciət edilir.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!