Anbardar

Şirkətin adı: Grand-Agro LLC
Vakansiya Anbardar
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-07-11
Telefon
E-poçt: hr@grandagro.az
Şirkət barədə məlumat Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
İş barədə məlumat • Anbara mal materialın aidiyyatı sənədlər əsasında qəbulunu həyata keçirir, təsnifatlaşdırır və düzgün şəkildə mühafizə olunmasını təşkil edir.
• Təhvil-təslim aktları ilə anbardan mal-materialın düzgün çıxışını həyata keçirir, anbar qalıqlarına nəzarət edir.
• Anbara qəbul zamanı mal-materialın keyfiyyətinə nəzarət edir, keyfiyyətində problem olan mal-materialın geriq qaytarılmasını təmin edir.
• Struktur bölmələrdən gələn tələblər əsasına anbarda olan mal-marerial qalıqlarının çıxışı zamanı onların təyinatı və şəmərəli şəkildə bölüşdürülməsinın təşkil olunmasına təmin edir.
• Çox istifadə olunan və tez-tez tələb olunan mal-materialların stok minimununa nəzarət edir, az qalan və ya bitən mal-materiallar barədə aiddiyatı struktur bölməni yazılı şəkildə məlumatlandırır.
• Anbardar mal-materialların və xammalların xarab olması və itkilərin qarşısını alınması və mühafizə olunması ilə əlaqədər lazımı tədbirlər görür
• Anbarda əməyin mühafizəsinin,təhlükəsizlik texnikası,yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşalma işlərinin aparılmasını təşkil etmək
• Xüsusi proqram vasitəsi ilə anbar uçotunu həyata keçirmək, aylıq inventarizasiya prosesində iştirak etmək.
• Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
• İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
• İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir
• Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Tələblər • Ali təhsil
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
• Ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)
• Dil bilikləri: Azərbaycan dili – səlis,
• 1C 8 versiyalarinda və MS Office proqramları ilə işləmək bacarığı
Sair məlumat Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Anbardar” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!