Aparıcı mühasib

Şirkətin adı: Kontakt Home
Vakansiya Aparıcı mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-07-26
Telefon
E-poçt: hr@kontakt.az
Şirkət barədə məlumat "Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.
İş barədə məlumat • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
• Vergi və mühasibat uçotunun aparılması;
• Əməliyyatların qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı: razılaşma yolu ilə
Tələblər • Ali iqtisadi təhsil;
• Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
Sair məlumat Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aparıcı mühasib” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!