Maliyyə mütəxəssisi

Şirkətin adı: Yalama Aqropark MMC
Vakansiya Maliyyə mütəxəssisi
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-07-30
Telefon
E-poçt: hr@agroparkyalama.az
Şirkət barədə məlumat Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Maliyyə mütəxəssisi” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)
İş barədə məlumat  1C proqramında müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması (Mənfəət/Zərər, Pul vəsaitlərinin hərəkəti, Balans və digər hesabatlar)
 Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təklifləərinin verilməsi
 Gəlir və Xərclərin, şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq
 Büdcənin formalaşdırılması, tətbiqi və yoxlanılması
 Maliyyə transaksiyaların dəqiqliklə və periodik qeydiyyatına nəzarət
 Rüblük maliyyə analizlərinin aparılması və potensial maliyyə boşluqlarının/variansların aradan qaldırılması
 Müəssisənin mühasibat uçotunun AR vergi qanunvericiliyinə əsasən aparılması
 Aylıq mühasibat, statistik, əmək, sosial müdafiə fondunun, vergilər nazirliyinin hesabatlarının tərtib edilməsi
 Əsas vəsaitlərin və mal-materiallarının uçotunun təşkili və aparılması
 Satılmış malların hesab fakturalarının tərtibi
 Alıcı və satıcılar ilə hesablaşmaların aparılması
 Vergilərin hesablanması və ödənilməsi
 Debitor və kreditor borclarına nəzarət
 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Tələblər  Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
 Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi
 ACCA sertifikatı olanlara üstünlük veriləcəkdir
 MS Office – Excel və 1C proqramlarını yaxşı bilməli
 Rus və İngilis dilini bilənlərə üstünlük veriləcəkdir
 Komanda ilə işləyə bilmə bacarığı
 Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
Sair məlumat Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Maliyyə Mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!