Baş mühasib

Şirkətin adı: Optimal Electronics LLC
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-08-01
Telefon
E-poçt: recruitment@optimal.az
Şirkət barədə məlumat "Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN”, multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Adıçəkilən geyim mağazası İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz İngiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası

Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq.
İş barədə məlumat • Mühasibatlıq uçotunda müəssisədaxili əməliyyatların 1C proqraminda qeydi və hesabda əks olunmasını təmin etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
• Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi
• Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
• Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
• Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;

• İş şəraiti:

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə, danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.
Tələblər • Pərakəndə satış sektorunda Mühasib olaraq ən az 3 il iş təcrübəsi;
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək.;
• A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
• Milli Mühasibat və Beynəlxalq Mühasibat uçot standartlarını bilmək. (Beynəlxalq dərəcə sertifikatları olanlara üstünlük veriləcək. ACCA, CİMA, və s.)
• Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır.);
• MS Office, 1C 8.2, 8.3, ERP;
• Təşəbbüskar, analitik və obyektiv olmaq;
• Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
Sair məlumat Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

*Müraciətlər yalnız elektron formada qəbul edilir.
*İşədüzəltmə şirkətlərinin və namizədlərin nəzərinə: Optimal Elektronika şirkəti işə qəbul prosesində hər hansı bir işədüzəltmə şirkəti və ya digər tərəflərlə əməkdaşlıq etmir, seçim prosesi yalnız şirkətin İnsan Resursları Departamenti tərəfindən aparılır.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!