Xərclər üzrə Mühasib

Şirkətin adı: Yeni Qalaaltı Hotel Company
Vakansiya Xərclər üzrə Mühasib
İş yeri (Şəhər):
Əmək haqqı:
Son tarix : 2019-08-10
Telefon
E-poçt: galaalti.recruitment@pmdhospitality.az
Şirkət barədə məlumat
İş barədə məlumat * Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
* Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
* Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
* Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
* Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
* Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
* Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
* Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
* Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
* Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
* Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər • Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
• İngilis dili arzu olunandır;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək, 1C proqramını bilənlərə üstünlük verilir;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Sair məlumat • Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və yaşayış yeri ilə təmin edilmə;
• İş qrafiki: Altı günlük iş həftəsi
• İş yeri: Şabrah şəhəri
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi galaalti.recruitment@pmdhospitality.az elektron ünvanına göndərə bilərsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Mənbə:www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!