Mühasib

Şirkətin adı: AGA Group
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 500-700 AZN
Son tarix : 2019-08-17
Telefon
E-poçt: vakansiya@agagroup.az
Şirkət barədə məlumat Şirkət haqqında: AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
"AGA" Group-a daxil olan Caspian Audit şirkətinə mühasib axtarılır. Azərbaycanda mühasibat xidmətlərinin göstərilməsi, mühasibat xidməti və hüquqi şəxslərin, təşkilati-hüquqi strukturundan, fəaliyyət istiqamətlərindən və tətbiq olunan vergitutma sistemindən asılı olmayaraq kompleks mühasibat üzrə ixtisaslaşır.
Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və “Mühasib” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
İş barədə məlumat ∙ Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
- AR əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: bazar ertəsi - cümə saat 09:00 – 18:00; Şənbə qısaldılmış iş günü saat 09:00-13:00; bazar - istirahət
Tələblər - Yaş həddi: 25-45
∙ Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi.
∙ Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
∙ Azərbaycan dili (əla)
∙ 1C (8.3) proqramında işləmək bacarığı
Qeyd: Maliyyə sahəsində sertfikatı olanlara üstünlük verilir.
Sair məlumat Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini vakansiya@agagroup.az elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!