Anbardar

Şirkətin adı: Caspian Services Group LLC
Vakansiya Anbardar
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-09-05
Telefon
E-poçt: Hr@caspianservices.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Vəzifə təlimatını, SƏTƏM , İR, şirkət qaydalarını bilməlidir;
• Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
• Şirkət tərəfindən təyin edilmiş və verilmiş xüsusi geyimdə (iş paltarı, əlcək, dəbilqə və s.) işləmək, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və mühafizə vasitələrindən səmərəli və düzgün istifadə etməli;
• Anbar tələblərini tərtib etməlidir;
• Daxili/xarici təlimlərdə iştirak etməli;
• Gündəlik baxışları keçirməli;
• Anbarda olan mal və materialların təhlükəsizliyini və saz vəziyyətdə saxlanılması, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric qaydalarına riayət olunmasını təmin etmək;
• Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılmasını təmin etmək;
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
• Bütün mal dövriyyəsini yalnız təsdiq edilmiş sənədlər əsasında tənzimləmək, qeyri-dəqiqliklər barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
• Anbardan malları yalnız şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
• Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq aparmaq;
• Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək;
• Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
• Yanğın söndürmə vasitələrinin yerini bilmək və onlardan istifadə etməyi bacarmaq;Anbarda yanğınsöndürən vasitələrin olmasına və sazlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtında təmirinə nəzarət etmək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
• Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları müəyyən etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasını təşkil etmək;
• Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək;
• Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
• Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığıştırılmasını təşkil və nəzarət etmək;
• Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək;
• Müştərilərin tələblərini vaxtında yerinə yetirməli; müştərilərin telefon zənglərinə cavab verməli və sorğularını cavablandırmalı; Anbarda aşkar olunmuş problemlər haqqında menecerə xəbər verməlidir;
• Görülən işlər barədə hesabatlar təqdim etməli;
• İş ilə bağlı lazımı sənəd formalarını yazıb doldurmalı və aidiyyatı şöbələrə təqdim etməli;
• Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.
• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
• İstirahət: Bazar günü
• İcbari sığorta
• Mehriban kollektiv
Tələblər • Ali təhsil
• İş təcrübəsi: Minimum 3-5 il
• Sahə üzrə biliklər
• Analoji peşə üzrə kurslar
• Bu sahə üzrə sertifikat
• Alınan malların hesabatını tərtib etmək bacarığı
• Ehtiyat hissələrindən anlayışı olmalıdır
• Dil bilikləri: Azərbaycan, rus, ingilis
• Kompyuter Bilikləri: Mc Office
• Sağlam, fiziki dözümlü, məsuliyyətli olmalıdır
• Komandada işləmə bacarığı olmalıdır
• Əmək intizamının yüksək olması
• Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi
Sair məlumat • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Anbardar göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!