Baş Mühasib

Şirkətin adı: Altus Engineering Group
Vakansiya Baş Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-11-23
Telefon
E-poçt: hr@altus-group.az
Şirkət barədə məlumat
İş barədə məlumat 1) Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
2) Vergi hesabatlarının (əmlak, torpaq, ədv, mənfəət və.s) hazırlanması və təqdim edilməsi;
3) Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
4) Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin
qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının
qarşısının alınması üzrə tədbirlər görmək;
5) İtkinin əmələ gəlmə səbəblərini və qeyri məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq;
6) DSMF hesabatlarının (b1, b3) hazırlanması və təqdim edilməsi;
7) Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
8) İstehsal hesabatının hazırlanması;
9) Həftəlik, aylıq satış hesabatlarının hazırlanması;
10) Alış və satış qaimələrinin gündəlik 1C proqramına daxil edilməsinə nəzarət, yaranan problemlərin araşdırılması və aradan qaldırılması;
11) Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
12) Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
13) Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları hazırlamaq;
14) Həftədə 6 iş günü, 1 gün istirahət;
15) Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Tələblər • Təhsil: Ali (Maliyyə və İqtisadiyyat üzrə)
• Təcrübə: Minimum 3 il
• Dil: Azəri, İngilis, Rus (sərbəst danışıq)
• Komputer bilikləri: MS Office proqramları , 1C 8.3
Sair məlumat Müraciət etmək üçün CV-lərinizi hr@altus-group.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!