Bağışlanmış daşınmaz əmlaka vergi hesablanması

2019-12-21 | Vergilər | 3608

Vergilər Nazirliyinin şərhinə əsasən, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan vergi Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir.

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1.000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməli və hesabat təqdim etməlidir.

Mənbə: https://vergiler.az/news/taxes/6315.html

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!