"1C:Предприятие" proqramı müxtəlif fəaliyyət təyinatlı və istənilən sahibkar forması olan müəssisə və təşkilatların uçot prosesinin avtomatlaşdırılmasında geniş imkanlar verir.
"1C:Предприятие" proqramı rusiyanin 1C şirkəti tərəfindən hazırlanıbdır.
"1C:Предприятие" proqramı mühasibat, kadrlar, operativ ticarət, anbar və istehsalat uçotunun effektiv təşkilini təmin edir.
"1C:Предприятие" proqramı sisteminə bir neçə əsas komponent daxildir:
- Mühasibat uçotu;
- Operativ uçot;
- Hesabat
eləcə də əsas konfiqurasiyalar
1C şirkəti 1C proqramının tədrisi və onun ilə yaxından tanış olmaq üçün 1C proqramının pulsuz versiyasını hazırlamışdır. Tədris üçün nəzərdə tutulan və bəzi məhdudiyyətlər olan proqramın pulsuz versiyasını bu səhifədən yükləyə bilərsiniz - 1C 8.3 tədris versiyası
İstifadəçilər "1C:Предприятие" proqramına daxil olan konfiqurasiyaları həm ayrı-ayrılıqda, həm də birlikdə istifadə edə bilərlər. Lazım olan konfiqurasiyanın seçimi ilk növbədə müəssisənin qarşısında duran məsələlərdən, onun fəaliyyət növündən, strukturundan və digər şərtlərdən asılıdır.
|