Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması aşağıdakı hallarda məcburidir:
mühasibat uçotu subyektinin aktivləri satıldıqda, alındıqda, icarəyə və istifadəyə
verildikdə;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu subyektləri yenidən təşkil
edildikdə;
mühasibat uçotu subyekti ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl;
maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və
təhvili günü);
oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən
edildikdə;
yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə;
mühasibat uçotu subyektinin aktivləri və öhdəlikləri yenidən qiymətləndirildikdə;
məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi
olduqda;
özəlləşdirmə zamanı mühasibat uçotu subyektinin statusu dəyişildikdə tərəflərin razılığı
ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə;
ümumilikdə mühasibat uçotu subyektinin mülkiyyət forması, mülkiyyətçisi, sərəncamçısı
və təşkilati-hüquqi forması, habelə onun yerləşdiyi (qanuni istifadəsində olduğu) torpaq sahəsinin
mülkiyyətçisi dəyişildikdə
İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində:
inventarizasiya dəfə keçirilir.
Əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin inventarizasiyası iki ildən bir,
kitabxana fondunun inventarizasiyası beş ildən bir, digər aktivlərin isə inventarizasiyası ildə bir dəfə aparılır.
Öhdəliklərin inventarizasiyası ildə bir dəfə aparılır.
Aktivlərin və öhdəliklərin inventarizasiyası 01 iyul tarixdən tez olmamaqla, təşkilatın
rəhbərinin sərəncamına əsasən aparılır.
inventarizasiya edilən aktiv və öhdəliklərin siyahısı, inventarizasiya keçirilmə müddətləri, inventarizasiya komissiyasının üzvləri rəhbərlik tərəfindən müəyyən edilir.
Əsas :"Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydalar"-ı (Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmişdir)
Qeyd : Mühasibat uçotu subyektinin bütün aktivləri və öhdəlikləri onların olduğu yerlərdən asılı olmayaraq inventarizasiya olunmalıdır. İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilir. İnventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir.
Növbəti addım
Uçot siyasəti HTML formatında
Uçot siyasəti MS Word formatında