Sual - Cavab


Sual ver  |  Bütün suallar

Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

Fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcının malın, ƏDV daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

2020-02-05 | Vergilər | Baxılıb: 1873 dəfə

Topdansatış alğı-satqıda elektron qaimə-faktura nə zaman verilir?

Topdansatış fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan müəssisə 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası təqdim edilməyib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim olunmuş mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim edilməlidirmi?

2020-02-03 | Vergilər | Baxılıb: 1849 dəfə

Topdansatış alğı-satqıda elektron qaimə-fakturaların verilməsi

Topdansatış fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan müəssisə 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası təqdim edilməyib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim olunmuş mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim edilməlidirmi?

2020-01-31 | Vergilər | Baxılıb: 1883 dəfə

ƏDV-nin kassa metodu əsasında hesablanması

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır?

2020-01-31 | Vergilər | Baxılıb: 1841 dəfə

Müharibə iştirakçılarının övladlarının vergi güzəştləri

Atası Böyük Vətən Müharibəsində döyüşərək əlil olmuş oxucumuz aylıq gəlirindən hansı məbləğdə gəlir vergisinin tutulmalı olduğunu aydınlaşdırmağı xahiş edib. O həm də bilmək istəyir ki, mövcud qayda Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi qüvvəyə minən gündən, yoxsa arayış təqdim olunan gündən icra olunur? Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilib.

2020-01-23 | Vergilər | Baxılıb: 2206 dəfə

Tikinti fəaliyyəti barədə məlumat

Bina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir?

2020-01-16 | Vergilər | Baxılıb: 2615 dəfə

Daşıma xidmətləri

Poçt xidməti göstərən şirkət kassa aparatı qoymalıdırmı?

2020-01-08 | Vergilər | Baxılıb: 2232 dəfə

Əlavə nəzarət tədbirləri

Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

2019-12-28 | Vergilər | Baxılıb: 2176 dəfə

"Google play" hesabına pulun yüklənməsi

Bank hesabından "Google play" hesabına pul yüklənən zaman komissiya haqqı tutulmalıdırmı?

2019-12-17 | Vergilər | Baxılıb: 1764 dəfə

Daxili yükdaşımaya görə ƏDV

ƏDV ödəyicisi olan şirkət daxili yükdaşıma fəaliyyəti ilə yanaşı digər fəaliyyətlərlə də məşğul olur. Vergi Məcəlləsinə uyğun olaraq daxili yükdaşıma fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi ödəyir və bu fəaliyyətə ƏDV tətbiq etmir. Növbəti ildən Məcəllənin 156.1.1-ci maddəsinə görə vergi orqanına müraciət edərək daxili yükdaşıma fəaliyyəti ilə bağlı satışlara ƏDV tətbiq edə bilərmi?

2019-12-14 | Vergilər | Baxılıb: 2021 dəfə

Qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə ( və ya fiziki şəxsə) alınan malın dəyəri, gömrük rüsumu və ƏDV ödənilib. Bu məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

2019-12-14 | Vergilər | Baxılıb: 2469 dəfə

Fəaliyyət növünün dəyişdirilməsi proseduru

Fəaliyyət növünün nə cür dəyişə bilərəm?

2019-10-12 | Vergilər | Baxılıb: 1903 dəfə

Müharibəsi iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz

Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz nə vaxtdan qüvvədədir?

2019-10-12 | Kadr işi | Baxılıb: 2090 dəfə

Kənd təsərrüfatında azadolma və güzəştlər

Müəssisə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərdiyi üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq vergi azadolmalarından və güzəştlərindən istifadə edir. Bu sahədə ixtisaslaşmış müəssisə digər müəssisələrlə də müqavilə bağlayaraq onları idarə etməyi, öz əmtəə nişanı altında kənd təsərrüfatı məhsullarını istehsal etməyi, satmağı və ixrac etməyi, satışdan gələn hasilatı kontragentlərlə paylaşmağı nəzərdə tutur. Bu halda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyətə görə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün azadolma və güzəştlər bizim müəssisəmizin əldə etdiyi gəlirlərə, habelə kontragentimiz olan digər kənd təsərrüfatı müəssisələrinə ödədiyimiz gəlirlərə şamil olunurmu?

2019-12-06 | Vergilər | Baxılıb: 1946 dəfə

Yükdaşımalar zamanı vergitutma

Avtomobil nəqliyyatı vasitəsilə yük daşımalarını həyata keçirən şəxs "Fərqlənmə nişanı" olduğu halda gördüyü işə (yazdığı elektron qaiməyə) əsasən 2 faiz sadələşdirilmiş vergi ödəməlidirmi?

2019-12-06 | Vergilər | Baxılıb: 2163 dəfə

Qeydiyyat tarixindən qabaq mal qalığı təqdim edilərkən ƏDV tətbiq edilməsi

Vergi ödəyicisi çınqıl və qum istehsalı ilə məşğul olur. ƏDV qeydiyyatına alınan tarixdən qabaq mal qalığı təqdim edilərkən həmin mala ƏDV tətbiq edilməlidirmi?

2019-12-06 | Vergilər | Baxılıb: 1912 dəfə

Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə...

Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə, bu halda həm müəssisə, həm fiziki şəxs üçün hansı vergi öhdəlikləri yaranacaq?

2019-12-05 | Vergilər | Baxılıb: 1841 dəfə

Xaricə mal satışı zamanı bank hesablaşmaları

Xaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ dolları daxil olur. Gəlir kimi mənfəət vergisi bəyannaməsinin 200-ci sətirində 10.000 ABŞ dollarının manat ekvivalenti olan 17.000 manat, yoxsa 9.970 ABŞ dollarının manat ekvivalenti olan 16.949 manat yazılır?

2019-12-04 | Vergilər | Baxılıb: 2533 dəfə

Mallar maya dəyərindən aşağı qiymətə satılarkən hansı ƏDV öhdəliyi yaranır?

Müəssisə ƏDV ödəyicisidir. İdxal etdiyi mallara görə gömrükdə ödənilən ƏDV büdcədən əvəzləşdirilir. Gələcəkdə satışla əlaqədar olaraq bəzi modellərin qiymətinin ucuzlaşdırılması hallarına rast gəlinir və belə olan halda maya dəyərindən aşağı qiymətə satılır. Mallar maya dəyərindən aşağı qiymətə satılarkən hansı ƏDV öhdəliyi yaranır?

2019-11-30 | Vergilər | Baxılıb: 1989 dəfə

Əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştlər

Əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəşt kimlərə şamil edilir?

2019-11-30 | Vergilər | Baxılıb: 1937 dəfə

Səhifələr: <<   <   1   2   3   4   5   6   >   >>  

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!