Kompensasiyadan gəlir vergisinin hesablanması qaydası

2019-09-11 | Kadr işi | 3631

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda edilmiş son dəyişikliklərdən sonra 2019-cu ilin əvvəlindən işəgötürənləri və işçiləri vacib bir məsələ - istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması qaydaları maraqlandırır.

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı açıqlamasında deyilir ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu ildən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

Bu qaydanı iqtisadçı ekspert Anar Bayramov konkret misallar əsasında izah edib.

Misal 1:

Tutaq ki, dövlət orqanı hesab edilən qurumun işçisinin işdən çıxması ilə əlaqədar ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Qeyd edək ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması qaydası ilə məzuniyyətin hesablanması qaydası eynidir. Hesab edək ki, işçinin cari aya hesablanmış əməkhaqqı 500 manat, kompensasiyası sonuncu başa çatmayan iş ili üzrə 250 manat, başa çatan iş ilinə görə isə 220 manatdır. Gəlir vergisi 500 manatlıq əməkhaqqı üzrə hesablanır. Cari iş ilinə görə hesablanan kompensasiya məbləği ilə 250 manat üzrə icbari ödənişlər hesablanır. Həmçinin başa çatan il üzrə kompensasiya (220 manat) ayrı gəlir vergisinə cəlb olunmalıdır.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manatın çıxılması da hər bir məbləğ üzrə ayrıca tətbiq olunur. Misalımıza uyğun olaraq cari ayın əməkhaqqı üzrə gəlir vergisi 42 ((500-200)x14 faiz), cari ilə görə hesablanan kompensasiyaya görə gəlir vergisi 7((250-200)x14 faiz), başa çatan il üzrə isə 2,80 ((220-200)x 14 faiz) təşkil edəcək.

Sosial ayırmalara gəlincə, dövlət və (və ya) neft-qaz sahəsində fəaliyyəti olanlara aid edilən vergi ödəyiciləri üçün məbləğdən asılı olmayaraq işçi və əməkhaqqı fondundan müvafiq olaraq 3 və 22 faiz hesablanmalıdır.

Misal 2:

Fərz edək ki, eyni hal özəl təşkilatda baş verib. Bu zaman yenə də əməkhaqqı, cari işin və əvvəlki iş ilin istifadə edilməyən məzuniyyətinə hesablanan kompensasiyalar 8.000 manatdan aşağı olduğu üçün gəlir vergisinə cəlb edilmir. Məbləğ 8.000 manatdan yüksək olduğu halda, hər bir əməkhaqqı üzrə 8.000 manatlıq güzəşt tətbiq olunmaqla həyata keçirilir. Təbii ki, kompensasiya məbləği 8.000 manatdan yuxarı olduqda 200 manat güzəşt tətbiq olunmur. Çünki vergi qanunvericiliyinə əsasən, 200 manatlıq güzəşt 2.500 manat əməkhaqqına qədər olan məbləğlərə tətbiq olunur. Sonda qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq, işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.

Fəxriyyə İkramqızı

Mənbə: https://vergiler.az/news/taxes/4074.html

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!