ƏMAS-da yenilik: digər sənədləri də e-qaydada imzalamaq olar

2025-10-27 | Kadr işi | 71

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılıb.

FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artıq işəgötürənlər əmək münasibətləri çərçivəsində yalnız əmək müqaviləsini deyil, həmçinin digər hüquqi sənədləri də sistem üzərindən rəqəmsal qaydada imzalaya biləcəklər.

Bu yenilik Əmək Məcəlləsinin 200-cü maddəsinə əsaslanır. Həmin maddəyə görə, işəgötürən iş prosesində ona etibar edilən əmlak və digər maddi sərvətlərlə bağlı məsuliyyət daşıyan, bu sərvətlərin saxlanması, emalı, satışı, daşınması və istifadəsi kimi əməliyyatlarda iştirak edən 18 yaşına çatmış işçilərlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər.

Yeni funksionallıq sayəsində bu kimi sənədlərin (tam maddi məsuliyyət müqaviləsinin, informasiya texnologiyaları üzrə təhlükəsizlik müqaviləsinin, öhdəlik müqaviləsinin və digər əlavə sənədlərin) elektron imzalanması mümkündür.

Bu dəyişiklik işəgötürən və işçi arasında sənəd dövriyyəsini asanlaşdırmaqla yanaşı, əmək münasibətlərində rəqəmsallaşmanın daha da genişlənməsinə, şəffaflıq və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edir.

Mənbə: https://fed.az/az/sosial/emas-da-yeni-funksionalliq-yalniz-emek-muqavilesini-deyil-diger-senedleri-de-e-qaydada-imzalamaq-olar-243763

Kadr işi bölümünün son xəbərləri

2025-10-27 | ƏMAS-da yenilik: digər sənədləri də e-qaydada imzalamaq olar
2025-10-21 | Noyabrda ardıcıl 4 gün - İŞ OLMAYACAQ
2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.
2024-12-11 | 2025-ci ilin bayram günləri AÇIQLANDI
2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!