Vahid Novruzov: Azərbaycanda audit sahəsinin liberallaşdırılması ilə bağlı təkliflər hazırlanır

2019-09-18 | Audit | 2516

“Azərbaycan Auditorlar Palatası bu il Milli Məclisin payız sessiyasında bir sıra təkliflərlə çıxış edə bilər”.

Bunu “Report”a açıqlamasında Palatanın sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər bir sıra istiqamətdə olacaq.

Vahid Novruzov vurğulayıb ki, təkliflər, əsasən, şirkətlərdə auditorların minimal sayının təyin edilməsi, mühasibatlıq, audit sahəsində uzun illər çalışmış Azərbaycan vətəndaşlarının da auditor olmaq üçün imtahanda iştirak etmək hüquqi qazanması ilə bağlı olacaq: “Hazırda auditor olmaq hüququ ancaq müəyyən peşə sahiblərinə verilir. Bu istiqamətdə liberallaşma ilə bağlı təkliflərimiz var. Həmin təkliflər üzərində işi başa çatdırmışıq, müvafiq qurumlara göndərəcəyik”.

O xatırladıb ki, təkliflər Milli Məclisə təqdim olunana qədər müvafiq qurumların rəyi alınmalıdır, əsaslandırılmalıdır.

Mənbə: https://report.az/maliyye/auditor-xidmeti-haqqinda-qanuna-deyisikler-edile-biler/

Audit bölümünün son xəbərləri

2021-09-23 | Daxili audit kadrlarının hazırlanması üzrə təlim keçiriləcək
2021-07-23 | Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit.
2021-02-11 | İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!
2020-09-26 | Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib
2020-09-16 | Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-08-28 | Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir
2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!