Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-09-16 | Audit | 4017Azərbaycanda fəaliyyət göstərnən auditor şirkətləri və bu sahədə çalışan sahibkar auditorlar üçün problemli dövr başlayıb.
FED.az xəbər verir ki, auditorların hazırladığı hesabatlar yoxlanacaq, pozuntuya yol verən auditorların fəaliyyətinə qadağalar qoyulacaq.
Auditorlar Palatasından FED.az-a verilən məlumata görə, auditor xidməti bazarında haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidmətinin qarşısının alınması üçün tədbirlər başlanıb.
Palatadan bildirilib ki, hazırda bir sıra auditorlar tərəfindən istər maliyyə hesabatlarının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, beynəlxalq audit standartlarının, Auditorların Peşə Etika Məcəlləsinin, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) mövcud normativ sənədlərinin tələblərinə riayət etmirlər.
Nəticədə auditor xidmətinin keyfiyyəti aşağı olur. Bunun nəticəsində müvafiq dövlət qurumlarından, iş adamlarından və Auditorlar Palatasının üzvlərindən daxil olan müraciətlər son dövrlərdə artıb.
Belə halların qarşısının alınması və palata üzvlərinin də dəfələrlə quruma müraciətlərini nəzərə alaraq, Auditorlar Palatası Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitə tərəfindən “Auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Qaydalar”a təklif olunan dəyişikliklərə müvafiq olaraq, auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin operativ monitorinqinin həyata keçirilməsi məqsədilə palatada yaradılmış komissiya tərəfindən püşkatma keçirilib.
Monitorinqin nəticələrinə uyğun olaraq, auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditin nəticələri qiymətləndirilərək yeni qaydalarda nəzərdə tutulmuş dörd təsnifat qrupdan birinə aid ediləcək.
Qaydalara uyğun olaraq, monitorinqin nəticələrinə əsasən keyfiyyət göstəriciləri aşağı olan auditor təşkilatlarına və sərbəst auditorlara auditor xidməti göstərməsinə dair müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Audit bölümünün son xəbərləri |