İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?
2019-11-07 | Kadr işi | 2872"Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir.
İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, qaydalara əsəsən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər ezamiyyə xərclərini nağd şəkildə ödəyə bilərlər. Qeyd edilən dövriyyəni keçən vergi ödəyiciləri isə ezamiyyə xərclərini nağd şəkildə ödəsələr, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasına məruz qala bilərlər.
Tutaq ki, dövriyyəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan yuxarı olan vergi ödəyicisi müxtəlif dövrlərdə işçilərə cəmi 4.000 manat ezamiyyə haqqını nağd şəkildə ödəyib. Bu hal vergi nəzarəti tədbirləri nəticəsində müəyyən olunarsa, vergi ödəyicisinə 400 manat (4.000 x 10%), təqvim ili ərzində 2 və 3 və daha çox hallarda müvafiq olaraq 800 manat (4.000 x 20%) və 1.600 manat (4.000 x 40%) həcmində maliyyə sanksiyası tətbiq olunacaq.
Fəxriyyə İKRAMQIZI

Kadr işi bölümünün son xəbərləri |