İri hotellərin işçilərinin böyük əksəriyyəti - İXTİSARA DÜŞÜB

2020-03-18 | Kadr işi | 3757

Azərbaycanda ixtisarlar: Xüsusi rejim hotelçiliyi də “vurdu.

“Bakıda fəaliyyət göstərən hotellərdə çalışan işçilər kütləvi şəkildə ixtisara salınıb. Koronavirusla bağlı yaranmış vəziyyət hotelçiliyə kifayət qədər ziyan vurub”. FED.az xəbər verir ki, bunu "oxu.az"-a açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, iri hotel şəbəkələrində çalışan əcnəbi menecerlərdən fərqli olaraq, yerli işçilərin böyük əksəriyyəti ixtisara düşüb:

“İşçilərin kütləvi şəkildə ixtisara salınması, evə buraxılması prosesləri müşahidə edilir. Bu heç də ürəkaçan məqam deyil. Turizm sisteminə kifayət qədər ziyan dəyir. İri hotel şəbəkələrində xaricdən dəvət olunan menecerlər çalışırlar. Onların aldığı məvacib kifayət qədər çoxdur.

Çətin vəziyyətdə yerli işçiləri işdən çıxarmaqdansa, əcnəbi menecerlərin ixtisara salınması daha münasib olardı. Çünki 3-5 xarici menecerin aldığı aylıq məvacib təxminən 100 nəfərə yaxın yerli işçinin aylıq əməkhaqqısı deməkdir. İş olmadığı üçün işçilərin məvaciblərinin ödənilməsində ciddi problem yaranıb. Bu da ixtisarlara gətirib çıxarır. Təəssüf ki, bu məqama lazımi səviyyədə diqqət yetirilmir”.

S.Dübəndi onu da əlavə edib ki, mövcud vəziyyətlə bağlı bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Hotellər və Restoranlar Assosiasiyasını təmsil edən qurumlar toplanaraq danışıqlar aparıb:

“Turizm sahəsini təmsil edən qurumların, assosiasiyaların iştirakı ilə danışıqlar aparılıb. Çalışırıq ki, dəyən zərərə dair rəqəmlər dəqiqləşdirilsin. Bu istiqamətdə işlər aparılır. Gələn həftənin sonuna qədər yəqin ki, təxmini rəqəmlər məlum olacaq. Rəqəmlər dəqiqləşdirilib dövlətə təqdim edilməlidir ki, buna uyğun şəkildə kompensasiya ödənilməsi məsələsinə baxılsın.

Dövlət bu məsələdə ortaya qoyulan iqtisadi rəqəmlər əsasında bir qərar qəbul edə bilər. Zərər çəkən əsasən kiçik və orta biznes sahəsidir. Kompensasiya məsələsi zamanı da kiçik və orta biznes sahəsinə üstünlük verilməsi gözlənilir. Toplantı zamanı mövcud vəziyyətdən minimum ziyanla çıxmaq üçün bir sıra alternativlər irəli sürdük.

Təkliflər arasında ən azı işçilərə ölkə üzrə minimum əməkhaqqının (250 AZN) ödənilməsi, aylıq məvacibdən tutulan verginin azaldılması və ya vəziyyətlə əlaqədar müvəqqəti ləğv edilməsi, hotel sahəsini qaçılmaz vergilərdən azad etmək var. Bunlar bir çıxış yolu kimi qiymətləndirilə bilər. Yəqin ki, növbəti iş həftəsinin sonuna bu məsələ ilə bağlı müəyyən qərar verilər”.

Mənbə: https://www.fed.az/az/turizm/iri-hotellerin-iscilerinin-boyuk-ekseriyyeti-ixtisara-dusub-76103

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!