Vüsal Hüseynov: Müddəti bitən şəxslər barəsində cərimələr tətbiq edilmir

2020-03-29 | Kadr işi | 2779

"16 mart - 30 aprel tarixlərində olma müddəti bitən, lakin gec müraciət edən şəxslər barədə inzibati məsuliyyət tədbirləri (cərimə) tətbiq edilmir və ümumi olaraq müraciət etmələri, qəbul şöbələrinə gəlmələri tələb edilmir".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.

V.Hüseynov qeyd edib ki, ölkədə olma (viza və ya 90 gün) müddətinin uzadılması üçün müraciət edən şəxslər və ümumi olaraq bu dövrdə müddəti bitən şəxslər Miqrasiya Xidmətinin internet səhifəsində dövlət rüsumunun ödənişini həyata keçirə bilər:

"Bununla da müraciət etmədikləri təqdirdə belə olma müddəti uzadılmış hesab ediləcək. İnternet səhifədə 2 məlumatı - pasport nömrəsi və doğum tarixi daxil edilməklə bank kartı vasitəsilə və ya ödəniş kodunu götürüb "exspress pay" terminalları vasitəsilə rüsum ödənilə bilər.

Ödəniş nömrələri hazırda 16-31 mart tarixlərində müddəti bitən şəxslər üçündür. Aprel ayında bitən şəxslər üçün məlumat gələn həftə yerləşdiriləcək. İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və tövsiyə etmirik".

Mənbə: https://report.az/sosial-mudafie/vusal-huseynov-muddeti-biten-sexsler-baresinde-cerimeler-tetbiq-edi/

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!