İş adamlarından AMB-yə ciddi təkliflər: Kreditlərə vaxt, valyuta rejimi və nağd ödənişlərə icazə - AÇIQLANDI

2020-04-24 | İqtisadiyyat | 1975

Azərbaycan sahibkarları Mərkəzi Bankdan kreditlərə vaxt verilməsini, nağd hesablaşmalara icazə verilməsini və valyuta rejiminin daha da yumşaldılmasını istəyirlər.

FED.az xəbər verir ki, bu təkliflər Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının cari ilin 22 aprel tarixində keçirilən iclasında səslənib. Toplantıda ASK, Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri iştirak edib. Müzakirələr zamanı pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər sadalanıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri üzrə təkliflər səsləndirilib.

Eyni zamanda bu məsələlərin həlli üçün sahibkarlarla maliyyə institutları arasında əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparıldı.

Çıxış edən sahibkarlar pandemiya şəraitində üzləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çeklə hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsləndirdilər.

Mənbə: https://www.fed.az/az/maliyye/is-adamlarindan-amb-ye-ciddi-teklifler-kreditlere-vaxt-valyuta-rejimi-ve-nagd-odenislere-icaze-aciqlandi-78991

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!