İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-12-05 | İqtisadiyyat | 154“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürülür:
- kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;
- kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;
- kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.

İqtisadiyyat bölümünün son xəbərləri |