Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavələr hazırlanır
2020-06-01 | Kadr işi | 3306Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni Qanun layihəsində Məcəlləyə əlilliyi olan şəxslərin əmək münasibətləri sahəsində hüquqlarının daha dolğun şəkildə təsbit olunmasına yönələn yarımbəndin əlavə edilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, layihədə işəgötürənin əsas vəzifələri sırasına “əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verməmək” məzmununda yarımbəndinin daxil edilməsi də yer alıb.
Bununla Məcəllənin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun müvafiq maddəsi ilə uyğunluğu da təmin olunacaq.

Kadr işi bölümünün son xəbərləri |