Vergi ödəyicilərinin cari ödəmələri ilə bağlı ciddi güzəştlər edilib

2020-06-10 | İqtisadiyyat | 573

Koronavirus pandemiyası şəraitində vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, əsasən, vergi ödəyicilərinin cari ödəmələri ilə bağlı güzəştləri nəzərdə tutur.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev dəyişiklikləri şərh edərkən bildirib ki, dəyişikliklər konkret sahələri əhatə edir. Bu sahələrə turizm müəssisələri, turoperatorlar, turagentlər, hazırlıq və ixtisasartırma kursları, ictimai iaşə xidməti göstərən müəssisələr, avtomobil nəqliyyatı vasitəsilə ölkə daxilində sərnişin və yükdaşıma xidməti göstərən müəssisələr, mehmanxanalar və bu tipli digər obyektlər, istirahət-əyləncə mərkəzləri daxildir.

Məcəllədə sadələşdirilmiş vergi ilə bağlı mühüm dəyişiklik edilib. Bu, ictimai iaşə sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin zərərlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. İctimai iaşə sektorunda çalışan sahibkarlar bu il sadələşdirilmiş vergini 8 faiz əvəzinə 4 faiz dərəcəsi ilə ödəyəcəklər. Digər sadələşdirilmiş vergi ödəyiciləri isə ümumi dövriyyədən 1 faiz məbləğində vergi ödəyəcəklər.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə sərnişin daşınması xidməti göstərən vergi ödəyicilərinin öhdəlikləri də nəzərə alınıb. Bu sektorda vergi məbləğləri 50 faiz azaldılıb. Məsələn, taksi xidməti göstərən şəxslər Bakı şəhərində 2020-ci il ərzində aylıq 9 manat vergi ödəyəcəklər və digər bölgələrdə də bu məbləğ əmsallara müvafiq olaraq azaldılacaq.

Sərnişindaşıma xidməti göstərən müəssisələr üçün isə hər bir oturacaq üçün 1 manat 80 qəpik əvəzinə 90 qəpik sadələşdirilmiş vergi müəyyənləşdirilib.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/8945.html

İqtisadiyyat bölümünün son xəbərləri

2020-11-23 | Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi adlı layihənin təlimləri sona çatdı
2020-11-16 | Nazirlər Kabineti Malların ixrac qeydi ilə satışı Qaydasını təsdiq edib
2020-11-16 | Asan İmza sertifikatlarının onlayn alınması və yenilənməsi ilə bağlı yeni elektron xidmət istifadəyə verilib - VİDEO
2020-10-12 | Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi adlı layihədə iştirak üçün qeydiyyat başlamışdır.
2020-09-23 | Pandemiya və vergi güzəştləri
2020-08-31 | Ölkənin turizm sektorunun tənəzzüldən çıxarılması üçün təklif
2020-08-28 | Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində görülən tədbirlər
2020-08-19 | ARPA qrant müsabiqəsinin qalibi oldu
2020-08-10 | Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi
2020-08-09 | Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!