Əmək şəraiti zərərli və ağır olan şəxslərin pensiyaya çıxmaq yaşı azaldılır

2020-06-10 | Kadr işi | 3802

Əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir.

Qeyd edilən kateqoriyadan olan vətəndaşlar üçün bu humanist yanaşma pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.

Bu da onların pensiya hüququna əlçatanlığını artırır.

Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.

Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları

Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi

Mənbə: https://apa.az/az/sosial_xeberler/mk-sraiti-zrrli-v-agir-olan-sxslrin-pensiyaya-cixmaq-yasi-azaldilir-591017

Kadr işi bölümünün son xəbərləri

0021-12-20 | İŞÇİLƏRİN İCBARİ SIĞORTASI MÖVZUSUNDA VEBİNAR
2020-12-27 | Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?
2020-12-25 | Qısa müddətdə işləmiş işçilərin işdən azad olunması zamanı əmək məzuniyyətinin kompensasiyası
2020-12-22 | 2021-ci ildən əməkhaqqından tutulmaların hesablanması
2020-12-18 | 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edildi.
2020-12-02 | İşdən çıxan işçiyə məzuniyyət haqqının ödənilməsi
2020-07-21 | Qurban bayramı ilə əlaqədar QEYRİ-İŞ GÜNLƏRİ belə olacaq
2020-06-27 | Əmək müqaviləsinin formasında dəyişiklik ediləcək
2020-06-25 | Fəaliyyətinə icazə verilən bəzi sahələrdə işə cəlb olunan işçilərin sayı 50, bəzilərində isə 30 faizdən çox olmamalıdır - SİYAHI
2020-06-25 | Məhdudiyyətlərin səmərəliliyinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!